6
Dövlət xəzinədarlığı dövlət büdcəsi vəsaitləri alanların icmal reyestrini aparır.
Dövlət büdcəsi vəsaitləri alanların qeydiyyatını və uçotu qaydasını
Azərbaycan
Respublikası Maliyyə Nazirliyi müəyyən edir.
Baş Xəzinə kitabı Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq
edilən hesablar planı əsasında aparılır.
Baş xəzinə kitabında yazılışlar dövlət büdcəsinin icra edilməsi prosesində
aparılan müvafiq əməliyyatların faktı üzrə həyata keçirilir.
Baş Xəzinə kitabının məlumatları dövlət büdcəsinin icrası haqqında hesabatın
formalaşması üçün əsas sayılır.
Büdcə uçotu və hesabatı .
Büdcənin bütün
gəlirləri büdcə kəsirinin
maliyyələşdirilməsi mənbələri, büdcənin xərcləri ,həmçinin büdcənin icrası prosesində
həyata keçirilən əməliyyatlar vahid heablar planına
əsaslanmaqla büdcə uçotuna
alınır.
Dövlət büdcəsinin bütün gəlirləri, dövlət büdcəsi kəsirinin maliyyələşmə
mənbələrindən daxilolmalar,
dövlət büdcəsinin xərcləri, dövlət büdcəsinin kəsiri,
dövlət büdcəsinin artıqlığı, həmçinin dövlət büdcəsinin vəsaitləri ilə bütün
əməliyyatlar Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında
Baş Dövlət
Xəzinədarlığı tərəfindən müvafiq uçot reqistrlərində əks etdirilir.
Büdcənin icra edilməsi barədə hesabat operativ, rüblük, yarımillik və illik tərtib
edilir. Büdcənin icrası haqqında hesabatın yığılması, icmallaşdırılması, tərtib
edilməsi
və təqdim edilməsi müvəkkil icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Bödcənin icra edilməsi barədə hesabatın vahid metodologiyasını Azərbaycan
Respublikasının höküməti müəyyən edir və təsdiq edir.
Azərbaycan Respublikasının Perzdenti və ya onun tapşırığına əsasən Azərbaycan
Respublikasının höküməti dövlət büdcəsinin icrası haqqında
rüblük və illik
hesabatları Milli Məclisə təqdim edir. Bu Hesabatların bir nüsxəsi Azərbaycan
Respublikasının Hesablama Palatasına təqdim edilir.
Bələdiyyələr yerli büdcələrin icra edilməsi barədə məlumatı müəyyən olunmuş
qaydada Dövlət Statistika komitəsinə təqdim edirlər.
Dövlət büdcəsinin kassa icrası dekabrın 31 – də başa çatır
və büdcə
öhdəliklərinin limitləri öz qüvvəsini itirir. Dekabrın 31 – dək Azərbaycan
Respublikası Maliyyə Nazirliyi təsdiq edilmiş büdcə öhdəliklərini ödəməlidir.
Başa çatmış ildə qəbul edilmiş büdcə öhdəlikləri üzrə əməliyyatlar başa
çatdırıldıqdan sonra dövlət büdcəsinin vahid hesabında olan vəsait qalığı
daxil olan
maliyyə ilinin dövlət büdcəsinin gəlirlərində vəsait qalığı kimi uçota alınır.
“ Büdcə sistemi haqqında ” Azərbaycan Respublikası Qanununun 20 – ci
maddəsində nəzərdə tutulduğu kimi, Azərbaycan Respublikasının dövlət büdcəsinin
icrası barədə illik hesabat və müvafiq qanun lahiyəsi növbəti ilin may ayının 15 –
Dostları ilə paylaş: