Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə151/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   147   148   149   150   151   152   153   154   155
Büdcə Sistemi

KitabYurdu.az 
175



dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmaq üçün
Azərbaycan Respublikasının Milli məclisinə təqdim olunur. 
Azərbaycan Respublikasının Milli Məclisi təqdim olunmuş sənədləri müzakirə 
edir və müvafiq hesabat ili üzrə dövlət büdcəsinin icrası barədə qanunu təsdiq
edir.
Büdcənin icrasında dövlət xəzinədarlığının rolu.
Xəzinə və dövlət
xəzinədarlığı ayrı – ayrı ölkələrin iqtisadiyyatının inkişaf yolundan asılı olaraq tətbiq 
edilmiş və formalaşmışdır. Xəzinədarlıq öz inkişaf dövründən asılı olaraq müxtəlif
funksiyaları yerinə yetirib. Belə ki, xəzinədarlıq əvvəllər dövlətin qızıl ehtiyatlarının , 
qiymətli daş və metalların , həmçinin kənd təsərrüfatı məhsullarının ehtiyat kimi
qorunub saxlanması və onların hesabının aparılmasında başlıca rol oynayır. Müəyyən 
dövr keçdikdən sonra xəzinədarlıq dövlət səviyyəsində inkişaf etmiş və dövlətin
maliyyə resurslarının idarə olunmasına tətbiq olunmuşdur.
Hazırda xəzinədarlıq dövlətin mərkəzləşdirilmiş vəsaitlərinin istifadəsində özünün
müəyyən inkişaf yolunu keçmış və bir çox dövlətlər tərəfindən maəliyyə
resurslarının idarə olunmasında başlıca alətlərdən biri kimi istifadə olunur.
Müstəqillik qazanmış respublikamızda beynəlxalq maliyyə institutları tərəfindən bu
sistemin tətbiq olunması tövsiyə olunmuş və müvafiq işlər görülmüşdür.
Tarixən respublikamızda maliyyə vəsaitlərinin idarə olunması məzkəzləşdirilmiş
formada aparılmış, yəni dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması, onların
uçotu, büdcə və onlara nəzarət yuxarı orqanlar tərəfindən həyata keçirilmişdir.
Respublikamızda müstəqillik əldə etdikdən sonra iqtisadiyyatda aparılan islahatlar
maliyyə sistemindən də yan keçməmişdir. Beynəlxalq maliyyə institutlarının
köməyi ilə iqtisadi imkanlar təhlil edilməklə onların idarəetmə strukturlarnda da 
əsaslı dəyişikliklərin aparılmasının zəruriliyi sübut edilmişdir. Bu baxımdan dövlət
büdcəsinin layihəsini və icrasını tənzimləyən “ Dövlət büdcəsi haqqında ”
Azərbaycan Respublikasının Qaununun qəbul edilməsi, Dövlət büdcəsinin 
təsnifatının təkmilləşdirilməsi , dövlət büdcəsinin gəlir və xərclərinin makroiqtisadi
göstəricilərə müvafiq proqnozlaşdırılması , vergi odəyicilərinin vergi yükünün
azaldılması , vergi məcəlləsinin və “ Dövlət rusumu haqqında ” Qanunun qəbul
edilməsi və tətbiqi , “ Büdcə sistemi haqqında ” Qanunun yeni variantda işlənib
hazırlanması , büdcənin kassa icrasını həyata keçirən yeni strukturun , xəzinədarlıq
sisteminin tətbiq edilməsi və buna uyğun olaraq normativ sənədlərdə dəyişikliklər
və onların yeni məzmunda hazırlanması aparılan islahatların bariz nümunəsidir.
Respublika Prezdentinin 4 oktyabr 1995 – ci il tarixli “ Azərbaycanda dövlət 
xəzinədarlığının yaradılması haqqında ” Fərmanı ilə Respublikamızda Dövlət
xəzinədarlığının yaranmasının hüquqi bazası və bünövrəsi qoyulmuşdur. 
Xəzinədarlığa keçid mürəkkəb bir sistem olduğu üçün mərhələli xarakter daşıyırdı. 
İlkin mərhələ xəzinədarlığa keçidin birinci və ən maraqlı mərhələsi sayılır.

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin