büdcəsi anlayışını təşkil edir. Dövlət büdcəsi dövlətin başlıca gəlir və
xərclərini özündə birləşdirir.
Büdcə- Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və
özününidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus
vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin
yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir.
Büdcə vasitəsilə dövlət və bələdiyyə orqanları öz üzərlərinə düşən
vəzifə və funksiyaları yerinə yetirir. Belə ki, dövlət büdcə vəsaiti
hesabına idarəetmə aparatını və ordunu saxlayır, sosial- mədəni
tədbirləri həyata keçirir, iqtisadiyyatı tənzimləyir və inkişaf etdirir.
Büdcə dövlətin və bələdiyyələrin əsas maliyyə planı olmaqla, dövlət
hakimiyyəti və bələdiyyə orqanlarının onların fəaliyyətini yerinə
yetirməyə imkan verir.
Büdcə dövlətin maliyyə vəziyyətini əks etdirir və buna əsasən ölkədə
vergi siyasətini müəyyən edir. Büdcə ölkədə milli gəlirin ümumdaxili
məhsulun( ÜDM) yenidən bölgüsünü həyata keçirir, pul vəsaiti
fondlarının xərc istiqamətlərini müəyyənləşdirir, iqtisadiyyatın dövlət
tərəfindən tənzimlənməsi həyata keçirir.
Büdcə
maliyyə
münasibətlərini əks etdirən tarixi iqtisadi
kateqoriyadır. Onun yaranması və inkişafı dövlətin yaranması və
formalaşması ilə əlaqədardır. Dövlət büdcədən özünün funksiyalarını
həyata keçirmək üçün əsas iqtisadi alət kimi istifadə edərək, eyni
zamanda iqtisadi və sosial siyasəti də həyata keçirir.
Milli iqtisadiyyatın inkişafında , istehsalın stimullaşdırılmasında ,
eləcə də cəmiyyətin sosial tərəqqisində dövlət büdcəsi çox böyük rol
oynayır. Bu rol özünü daha çox kəmiyyət və keyfiyyət təsirlərində
göstərir. Kəmiyyət təsiri hansı istiqamətə nə qədər vəsait xərcləmək
lazım gəldiyini bildirir. Keyfiyyət təsiri isə iki aspektdə nəzərdən
keçirilir: bir tərəfdən vergilərin düzgün qurulması və vəsaitlərin
səmərəli xərclənməsi, digər tərəfdən isə büdcə vasitəsilə nəzarət meyarı
kimi götürülür. Bu aspektlərin hər ikisi iqtisadiyyatın keyfiyyətinə təsir
göstərir. Bütün ölkələrdə büdcə ən mühüm iqtisadi tənzimləyici kimi
çıxış etdiyindən o, makroiqtisadi tənzimləmənin ən önəmli
elementlərindən birinə çevrilir.
Dostları ilə paylaş: