çəkisi 21% idi. Hazırda isə bu rəqəmlər
xeyli böyümüş və faiz də
dəyişmişdir. Pay etibari ilə götürsək, bu rəqəm hazırda 32%- ə yaxındır.
Dövlət
büdcəsi
vasitəsilə
ölkənin
sosial
sahələrinin
maliyyələşdirilməsi təmin edilir, iqtisadi rayonların və ayrı- ayrı
sahələrin inkişafı tənzimlənir. Dövlət iqtisadi
münasibətlərin bu cür
tənzimlənməsi vasitəsilə ölkədə məhsuldar qüvvələrin inkişafını
tənzimləyir.
Büdcə vasitəsilə ÜDM- un yenidən bölgüsü eyni vaxtda həyata
keçirilən və bir- biri ilə sıx əlaqədə olan ikitərəfli prosesdir:
-
Büdcənin gəlirlərinin yaradılması:
-
Büdcə vəsaitlərini istifadəsi ( büdcənin xərcləri)
Büdcə gəlirləri- Azərbaycan Respublikasının,Naxçıvan Muxtar
Respublikasının və yerli özünüidarəetmə orqanlarının
müvafiq
qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə
Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil
olan
vergilər, rüsumlar, digər ödənişlər və daxil olmalardır.
Büdcə gəlirlərinin yaranması prosesində,
ictimai istehsal prosesində
yeni yaranan ÜDM- un bir hissəsini dövlətin və bələdiyyələrin xeyrinə
məcburi yenidən bölüşdürülməsi baş verir. Bununla dövlətlə və
bələdiyyə orqanları ilə vergi ödəyiciləri arasında maliyyə münasibətləri
yaranır.
Büdcə gəlirləri- büdcə təsnifatına uyğun
olaraq dövlət büdcəsindən ,
Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən
qanunvericilikdə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan
vəsaitdir.Büdcə xərcləri “ Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının qanununa və hər il qəbul olunmuş “Dövlət büdcəsi
haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ayrı-
ayrı təşkilatlar üzrə təsdiq olunmuş smetaya əsasən dövlət
xəzinədarlıq orqanları vasitəsilə istifadəsi formasıdır.
Dövlət büdcəsinin ənənəvi funksiyalarından biri nəzarətdir. Büdcənin
köməyi ilə vəsait yığımına və ondan istifadəyə ciddi nəzarət edilir.
Büdcənin təşkilini şərtləndirmiş tarixi amilləri təhlil edərkən bunun
nəinki
iqtisadi zərurət olduğunu, həm də siyasi səbəblərini , yəni
Dostları ilə paylaş: