hakimiyyətin büdcədən təbəqələrə qarşı bir siyasi təzyiq və nəzarət aləti
kimi bəhrələndiyini seçmək mümkündür.
Eyni zamanda büdcə
təşkilinin təbiəti belədir ki, o dövləti idarə
edənlərin özlərini də müəyyən məsuliyyət daşımağa, iqtisadi intizama
sövq edir. Məsələn, İngiltərədə və Fransada
büdcə iqtisadi arenaya xalq
hərəkatlarının siyasi təzyiqinin nəticəsi kimi çıxmışdır. Hələ 1212- ci
ildə Kral Conun imzaladığı sənədlərdə büdcənin yaradılmasına dair
mülahizələr vardır. Sonralar büdcə dövlət idarəçiliyi mexanizminin
ayrılmaz hissəsinə çevrildi. Idarəedici orqanlar müəyyən müddət üçün
nəzərdə tutulmuş dövlət
xərclərinə nəzarət etmək , eləcə də özlərinin
dövlət gəlirlərini örtmək üçün büdcəni təşkil və təsdiq edirlər.
Büdcə nəzarəti iqtisadiyyatın bütün sahələrini,pul
kütləsinin
hərəkətini , alqı- satqı əməliyyatlarını əhatə edir, çünki bütün bu
proseslər büdcəyə daxil olan gəlirləri geniyasiyalaşdırır. Toplanmış
mədaxillər büdcə gəlirlərini təşkil edir. Büdcədən istifadəyə hökumət ,
yaxud büdcə ilə məşğul olan başqa orqanlar nəzarət edir.
Bu orqanlar
büdcənin icrası zamanı heç bir əyintiyə və ya səhlənkarlığa yol
verməməlidirlər. Bu nəzarət funksiyası özündə ikili məhdudlaşdırıcı
vəzifəni əks etdirir.
Büdcə ehtiyatlarının özbaşına, ölçüsüz- biçisiz əsaslandırılmamış
israfi iqtisadiyyatda ciddi pozuntulara, sahibsizliyə gətirib çıxarır ki, bu
da dövlətin idarəçilik mexanizminin zəifliyinə dəlalət edir. Büdcə
xərclərinə
nəzarət , daha doğrusu, onların tam məhdudlaşdırılması bir
iqtisadi tənzimləyici , iqtisadi nəzarətçi kimi büdcənin əsas roluna uyğun
gəlir.
Iqtisadiyyatın geridə qalmış, yaxud zəif inkişaf etmiş sahələrinə
yardım
göstərilməsi, istehsal və qeyri- istehsal infrastrukturların
yaradılması, əhalinin sosial müdafiəsi, yoxsulluqla mübarizə,
ölkənin
müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, maliyyə vəsaitinin düzgün
bölüşdürülməsi kimi sahələrin maliyyələşdirilməsi büdcə xərclərinin,
eləcə də gəlirlərinin məhdudlaşdırılmasını şərtləndirən amillərdir.
Büdcənin icrası prosesində məhdudiyyətlər qoyulması, dediyimiz
kimi iki istiqamət , yaxud parametr üzrə baş verir:
a)
Vaxta
görə məhdudlaşma;
Dostları ilə paylaş: