Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə7/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   2   3   4   5   6   7   8   9   10   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
7


aktlarına qədər vergi hüququ tamam ayrı, daha primitiv formada 
fəaliyyət göstərirdi. Vergi hüququ təsdiqlənəndən və yığılan vergilərin 
həcmi imkanları, aşkarlandırdan sonra büdcə dərəcələrinin müəyyən 
edilmə və təsdiqlənmə hüququnun təşəkkül mərhələsi başlanır. 
Büdcə dövlət idarəçiliyinin ən nüfuzlu siyasi vasitələrindən biri 
iqtisadi siyasətin tərkib hissəsi olan maliyyə siyasətinin ən mühüm 
alətidir. Dövlət xərcləri, gəlirləri və borcları siyasətindən çıxış edərək 
biz dövlət büdcəsini, müxtəlif siyasi məqsədlərə çatmağın( gəlir 
mənbələrindən səmərəli istifadə, gəlirin bölüşdürülməsində ədalətlilik , 
iqtisadi sabitlik, iqtisadi artım və inkişaf) siyasi vasitəsi kimi 
qiymətləndirə bilərik. Dövlət büdcəsi idarəetmə vasitəsi kimi də kimi rol 
oynayır. Büdcənin xərc və gəlir ölçülərinə təsiri iqtisadiyyatın bütün 
sahələrində özünü göstərir. 
Büdcə iqtisadi siyasətin çox vacib və zəruri bir alətidir. Bütün iqtisadi 
baxışlar tam məşğulluğa , pul siyasəti əvəzinə maliyyə siyasətinin 
səmərəliliyinə, özəlliklə də iqtisadi sabitliyə nail olunmasında bir vasitə 
kimi büdcədən istifadə olunmasına üstünlük verir. 
Gəlirlərin ədalətli bölgüsü, iqtisadi artım və inkişaf baxımından 
büdcənin xərc və gəlir hissələrinin ( vergilər, transfert və investisiyalar , 
borclar) mütənasibliyi çox böyük əhəmiyyətə malikdir. 
Büdcə olmadan dövlət idarəçiliyinin fəaliyyət göstərməsi mümkün 
deyil. 
Büdcə həm planlaşdırma vasitəsi, həm də dövlətin mərkəzləşdirilmiş
maliyyə planıdır. Onun ilk keyfiyyətini ( planlaşdırma vasitəsi olmasını) 
aşağıdakı iki məqamla izah etmək olar: 
1.Proqnozlaşdırma. Büdcə formaca elə bir plandır ki, orada pul 
vəsaitlərinin və dövlət sektoru xərclərinin necə və hansı həcmdə olacağı 
qarşıdakı müəyyən müddət üçün proqnozlaşdırılır. Bundan başqa büdcə 
proqnozları müxtəlif mənbələrdən gələn və dövlətin fəaliyyət sahələrini
təmin etməli olan pul vəsaitlərinin qiymətləndirilməsidir. Bununla belə, 
proqnozlaşdırma fiziki kəmiyyət aspektində də aparıla bilər: 
Plan qismində olan büdcənin aşağıdakı əsas xüsusiyyətləri var: 
-büdcə dövlət gəlirləri və xərcləri ilə bağlı maliyyə əməliyyatını təmin 
edən plandır; 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin