7
Bələdiyyə( yerli) büdcələr.
Yerli vətəndaş birliklərinin yaradılmasının hüquqi bazası “
Yerli
özünüidarəetmə haqqında Avropa xartiyası” nda , Azərbaycan
Respublikasının yerli özünüidarəetməyə dair sənədlər
toplusunda öz əksini
tapmışdır.
Yerli özünüidarəetmə dedikdə, yerli özünüidarəetmə orqanlarının qanun
çərçivəsində, məsuliyyəti öz üzərinə götürərək
yerli əhalinin mənafeyi
naminə dövlət işlərinin böyük bir hissəsini nizama salmaq və onu idarə
etmək hüququ və real bacarığı başa düşülür.
Bələdiyyə - qanunla müəyyən olunmuş ərazi hüdudları
daxilində yerli
özünüidarəetmə formasıdır.
“Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikasının
Qanununun 33- cü maddəsinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli
vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaitləri,
bələdiyyələrin büdcədənkənar fondları daxil edilir.
Bələdiyyə maliyyəsinin əsasını yerli büdcələr təşkil edir.
Yerli büdcə- bələdiyyə statusuna
uyğun olaraq özünüidarəetmə
prinsiplərini reallaşdırmaq, bələdiyyələrin Azərbaycan Respublikası
Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata
keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vasitəsidir. Yerli
büdcələrin formalaşmasını, tərtibi,
müzakirəsi və təsdiqi, icrasına nəzarət “
Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında
həyata keçirilir.
Yerli büdcələrin iqtisadi mahiyyəti onun təyinatında öz əksini tapır və
aşağıdakı funksiyaları həyata keçirir:
- yerli bələdiyyə orqanlarının fəaliyyətinin maliyyə təminatı olan pul
fondlarının yaradılması.
- fondların təsərrüfatın müxtəlif sahələri arasında
bölgüsü və istifadə
olunması.
- bu orqanların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların
maliyyə-
təsərrüfat fəaliyyətinə nəzarət.
Yerli büdcələrin tərtibi və icrası prosesində büdcə sisteminin
qanunvericiliklə müəyyən edilmiş
prinsipləri və Azərbaycan
Respublikasında tətbiq olunan büdcə təsnifatından istifadə olunur. Yerli
Dostları ilə paylaş: