3
sistemi iki həlqədən – dövlət büdcəsindən
və yerli özünüidarəetmə
orqanlarının sərəncamında olan yerli büdcələrdən ibarətdir.
Federativ ( birləşmiş) dövlət – elə dövlət quruluşudur ki,burada bir
dövlətin tərkibinə daxil olan dövlət qurumu və
ya inzibati- ərazi qurumu
xüsusi dövlətçiliyə malikdir və mərkəzlə bölüşdürülmüş səlahiyyətlər
çərçivəsində onların müəyyən siyasi müstəqilliyi mövcuddur.
Federativ
dövlətlərdə
büdcə
sistemi
üç
həlqədən-
federal
büdcədən,federasiya üzvlərinin büdcəsindən və yerli büdcələrdən ibarətdir.
Federativ büdcə sisteminə ABŞ, Kanada, Almaniya, Rusiya Federasiyasının
büdcə sistemini aid etmək olar.
Unitar dövlətlərdə büdcə sistemində əsas aparıcı
rol dövlət büdcəsinə
məxsusdur. Yerli büdcələr, adətən tabe rol oynayırlar.
Lakin bu, yerli
büdcələrin ölkənin iqtisadi həyatında az əhəmiyyətə malik olduğu göstərmir.
Məsələn, Azərbaycan Respublikasında yerli büdcələrin əhəmiyyəti getdikcə
artır və yerli idarəetmə orqanlarının hüququ
vəzifələri genişləndikcə,
onların maliyyə bazası olan yerli büdcələrin də həcmi yerli təsərrüfatın
inkişafında rolu artır.
Konfederativ ( ittifaq) dövlət- müəyyən siyasi və hərbi məqsədlərə nail
olmaq üçün suveren dövlətlərin daimi ittifaqıdır.
Belə dövlətlərin büdcəsi
konfederasiyaya daxil olan dövlətlərin üzvlük haqları əsasında formalaşır.
Bu dövlətlərin – konfederasiya üzvlərinin öz büdcələri və vergi sistemi
fəaliyyət göstərir.
Unitar dövlət olan Azərbaycan Respublikasının
dövlət büdcə sisteminə
aşağıdakı büdcələr daxildir:
-
respublika büdcəsi;
-
yerli büdcələr( yerli özünüidarəetmə büdcələri)
Ümumiyyətlə,
Azərbaycan Respublikasında büdcə sistemi
Azərbaycan
Respublikasının
dövlət
büdcəsi,
Naxçıvan
Muxtar
Respublikasının büdcəsi və ya yerli büdcələr təşkil edir.
Azərbaycan Respublikasında büdcə iştirakçılarının
hüquqi statusu
aşağıdakılarla tənzimlənir:
1) Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında Qanun” ilə ( 2
iyun , 2002- ci il)
Dostları ilə paylaş: