5
nın subyektləri və yerli özünüidarəetmə səlahiyyətli orqanları
tərəfindən
müstəqil olaraq müəyyən edilən əlavə mənbələr aiddir.
Büdcə sistemi səviyyələri arasında gəlir və xərclərin bölgüsü – mərkəzi
icra və yerli idarəetmə orqanlarına müvafiq gəlir növləri və xərclərin həyata
keçirilməsi üçün səlahiyyətlərin ( tam və qismən) verilməsidir.
Büdcənin balanslaşdırılması- hər bir büdcə balanslaşdırılmalıdır, yəni
büdcədə nəzərdə tutulmış xərclərin həcmi büdcənin gəlirlərinin və büdcə
kəsirinin maliyyələşdirilməsinə sərf edilən
məbləğin həcminə uyğun
olmalıdır.
Büdcə xərclərinin ödənilməsinin ümumiliyi- büdcənin bütün xərclərinin
ümumi gəlirdən maliyyələşdirilməsi deməkdir.
Büdcə vəsaitlərindən istifadənin ünvanlığı və məqsədli xarakteri- büdcə
vəsaitləri konkret məqsədlərinə maliyyələşdirilməsi üçün konkret ünvanların
sərəncamlarına verilir.
Dövlət büdcəsinin tərtibi, müzakirəsi və icrası zamanı bu prinsiplərə ciddi
əməl edilməsi zəruridir.
Azərbaycan Respublikasının dövlət büdcəsi
Bildiyimiz kimi dövlətin idarəetmə funksiyasını hakimiyyət orqanları
həyata keçirir. Onların vəzifələrinin yerinə yetirilməsi, ümumdövlət
tədbirlərinin maliyyə təminatının həyata keçirilməsi üçün
mərkəzləşdirilmiş
maliyyə fondu- dövlət büdcəsi yaradılır.
Dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji
proqramların
və problemlərin həlli, dövlətin funksiyalarının həyata
keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə
vəsaitinin toplanması və istifadəsini təmin etməkdir.
Dövlət büdcəsi
ümumdövlət hakimiyyət və idarəetmə orqanlarının , elm, təhsil, səhiyyə,
sosial və digər sahələrin inkişafının maliyyələşdirilməsini həyata keçirir.
Eyni zamanda dövlət büdcəsi iqtisadiyyatın struktur dəyişikliklərinin
maliyyələşdirilməsinə, istehsal sferasında perspektiv istiqamətlərinin
inkişafına, yeni ərazi- istehsal komplekslərinin
mənimsənilməsinə
yönəldilir. Dövlət büdcəsi təhsilin, səhiyyənin,
mədəniyyətin, incəsənətin,
idmanın və kütləvi informasiya vasitələrinin inkişafında böyük rol oynayır.
Dostları ilə paylaş: