Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə12/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   8   9   10   11   12   13   14   15   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
14



2) Azərbaycan Respublikasının xüsusi qanunları və yerli 
özünüidarəetmə orqanlarının normativ aktları ilə. 
3) Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə. 
4) Azərbaycan Respublikası hökumətinin normativ hüquqi aktları ilə. 
5) Dövlət İcra Hakimiyyəti orqanlarının müvafiq aktları ilə. 
Büdcə sistemi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 
Azərbaycan Respublikasının Konstitusiyasından,“Büdcə sistemi haqqında” 
Azərbaycan Respublikasının Qanunundan, bu qanuna müvafiq olaraq büdcə 
ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanundan, digər qanunlardan 
və normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar 
çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 
Azərbaycan Respublikasının büdcə quruculuğunun əsası ölkənin 
konstitusiyası və unitar respublika kimi dövlət quruluşu ilə müəyyən edilir. 
Azərbaycan Respublikasının büdcə sistemi vahidlik, tamlıq, reallıq, 
aşkarlıq və dövlət büdcə sisteminə daxil olan bütün büdcələrin müstəqilliyi, 
büdcə sistemi səviyyələri arasında gəlir və xərclərin bölgüsü, büdcənin 
balanslaşdırılması , büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə 
edilməsi, büdcə xərclərinin ödənilməsinin ümumiliyi və məqsədli xarakter 
daşıması prinsiplərinə əsaslanır. 
Büdcə sisteminin vahidliyi büdcənin formalaşmasının vahid hüquqi 
bazası ilə, vahid büdcə təsnifatı və büdcə sənədləri formasından istifadə 
edilməklə, büdcə prosesinin razılaşdırılmış prinsipləri ilə, vahid sosial- 
iqtisadi və vergi siyasəti ilə təmin edilir. 
Tamlıq prinsipi o deməkdir ki, büdcə sisteminin hər bir həlqəsində gəlir 
və xərclər onların həcmində tam əks olunmalıdır. 
Reallıq- büdcə göstəricilərinin həqiqiliyini göstərir. 
Aşkarlıq prinsipi- təsdiq edilmiş büdcələri və onların icrası haqqında 
hesabatı və Azərbaycan Respublikasının Prezidentinin göndərişini kütləvi 
informasiya vasitələrində dərc edilməsini tələb edir. 
Büdcənin müstəqilliyi- gəlirlərin xüsusi mənbələrinin və onların istifadə 
edilməsi istiqamətlərinin müəyyən edilməsi hüquqi ilə təmin edilir.Gəlirlərin 
xüsusi mənbələrinə hər bir büdcə səviyyəsi üçün qanunla gəlir mənbəyinin 
təhkim edilməsi, tənzimləyici gəlirlərdən ayırma, Azərbaycan Respublikası-

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin