1
Mövzu 3: Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarının büdcə hüquqları.
Plan
1. Büdcə hüququ anlayışı. Azərbaycan Respublikasında büdcə
hüququnun əsasları.
2.
“Büdcə
sistemi
haqqında”
Azərbaycan
Respublikasının
qanunu.Azərbaycan
Respublikasının
Konstitusiyasına
əsasən
Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətləri.
3. Azərbaycan Respublikası dövlət hakimiyyəti orqanlarının büdcə
hüquqları.
4. Yerli özünüidarəetmə orqanlarının büdcə hüquqları.
5. Büdcə qanunvericiliyinin pozulmasına görə
tətbiq edilən məsuliyyət
növləri.
Ədəbiyyat
1. Azərbaycan Respublikasının Konstitusiyası.Bakı.Qanun 1999.
2. “Büdcə sistemi haqqında “Azərbaycan Respublikasının Qanunu.2002.
3. Azərbaycan Respublikasının vergi məcəlləsi.Bakı.Qanun 2011.
4.Ş.Ş.Bədəlov,R.B.Məhərrəmov,F.Ə.Qurbanov. Büdcə sistemi. Bakı
2003.
5. N.Novruzov,X.Hüseynov.Maliyyə.Bakı 2007.
6.M.M.Sadıqov, S.Məmmədov. Maliyyə.Gəncə 2010.
KitabYurdu.az
24
2
Hüquq və iqtisadi ədəbiyyatda “ büdcə” anlayışına müxtəlif
aspektlərdə yanaşılır. Iqtisadi kateqoriya kimi,
büdcə dövlətin
mərkəzləşdirilmiş pul vəsaiti fondunun və bələdiyyələrin pul vəsaiti
fondlarının yaradılması və istifadəsi prosesində əmələ gələn iqtisadi
münasibətləri ifadə edir.
Hüquqi kateqoriya kimi, büdcə dövlətin və
bələdiyyələrin əsas maliyyə planını, gəlirlərin və xərclərin siyahısını
təşkil edir.
Büdcə hüququ- büdcənin quruluşunu,
büdcə prosesini, yəni gəlir
mənbələrinin təyin edilməsi, gəlirlərin
və xərclərin büdcə növləri
arasında bölüşdürülməsi, büdcənin tərtibi, müzakirəsi, təsdiqi və icrası
qaydalarını, habelə büdcənin icrasının təşkili sahəsində bütün dövlət
hakimiyyəti orqanlarının səlahiyyətlərini
müəyyən edən hüquqi
normaların məcmusudur.
Büdcə hüququ maliyyə hüququnun tərkib hissəsi olmaqla dövlətin
mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadə edilməsi
ilə əlaqədar olaraq ayrı- ayrı dövlət orqanları arasında əmələ gələn
təşkilati- maliyyə münasibətlərini tənzimləyir.
Büdcə hüququ
normaları maddi və prosesual normalara ayrılır.
Maddi normalar Respublikanın, İnzibati Ərazi vahidlərinin büdcə
quruluşunu, büdcə hüquqlarını müəyyən edən normalardır. Dövlət
büdcəsi
gəlirlərinin tərkibini, mənbələrini, büdcə xərclərinin təyinatı,
gəlirlərin və xərclərin büdcə səviyyələri arasında bölüşdürülməsini
müəyyən edən normalar maddi- hüquqi normalara aiddir.
Prosesual normalar
dövlət büdcəsinin tərtibi,müzakirəsi, təsdiqi,
icrası qaydalarını, habelə büdcənin icrası haqqında hesabatların
müzakirəsi və təsdiqi qaydalarını tənzimləyir.
Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının,
yerli hakimiyyət orqanlarının , o cümlədən bələdiyyələrin büdcə
hüquqlarının
ümumi
əsasları
Azərbaycan
Respublikasının
Konstitusiyasında
və
Naxçıvan
Muxtar
Respublikasının
Konstitusiyasında təsdiq edilmişdir.
Dostları ilə paylaş: