9
- yerli əhəmiyyətli məsələlərin həlli ilə əlaqədar xərclər, o cümlədən yerli
sosial- məişət , yaşayış, mədəniyyət və idman obyektlərinin , habelə əhalinin
ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri:
- sosial- müdafiə “Sosial və iqtisadi inkişaf , habelə ekologiya
proqramlarının maliyyələşdirilməsi üçün çəkilən xərclər;
- dövlət orqanları tərəfindən bələdiyyələrə verilmiş əlavə səlahiyyətlərin
həyata keçirilməsi.
Büdcələrarası münasibətlər, büdcələrin tənzimlənməsi.
Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan bütün səviyyəli
büdcələr büdcələrarası münasibətlər çərçivəsində qarşılıqlı əlaqədədirlər.
Büdcələrarası münasibətlər- müvafiq büdcələrin formalaşması və icrası
ilə əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin Naxçıvan Muxtar
Respublikasının büdcəsi və yerli büdcələrlə qarşılıqlı əlaqəsini ifadə edir.
Büdcələrarası münasibətlər aşağıdakı prinsiplərə əsaslanır:
- Azərbaycan Respublikasının büdcə sistemi səviyyəsində gəlirlərin bölgüsü;
- Azərbaycan Respublikasının büdcə sistemi səviyyəsində tənzimləyici
gəlirlərin bölgüsü;
- Azərbaycan Respublikasının büdcə hüququnun Naxçıvan Muxtar
Respublikasının büdcə hüququnun və yerli ( bələdiyyə) büdcə hüquqlarının
eyniliyi;
- Naxçıvan Muxtar Respublikasının büdcəsinin, yerli ( bələdiyyə)
büdcələrinin Azərbaycan Respublikasının dövlət büdcəsi ilə münasibətlərinin
eyniliyi.
Bu prinsiplərə uyğun olaraq dövlət büdcəsindən xərclərin bəzi hissəsinin
yerli büdcələrə verilməsi mümkündür.
“ Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
dövlət büdcəsinin Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli
büdcələrlə qarşılıqlı əlaqəsi gəlir mənbələrinin bölüşdürülməsi vasitəsilə
həyata keçirilir. Öz gəlir mənbələri çatışmadıqda ayrı- ayrı büdcələrin
təxirəsalınmaz sosial- iqtisadi problemlərini həll etmək üçün dövlət
büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli
Dostları ilə paylaş: