Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə25/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   21   22   23   24   25   26   27   28   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
30



Bələdiyyə yerli büdcənin iqtisadi qanunların tələblərinə uyğun 
müstəqil olaraq tərtib, müzakirə, təsdiq , icra və onun icrasına nəzarət 
edir. 
Yerli büdcələrin gəlirləri xüsusi gəlirlər, dövlət və ərazi vergi 
rüsumlarından ayrılan gəlirlər hesabına formalaşdırılır.
Yerli büdcələrə bələdiyyə mülkiyyətində olan əmlakın ifadəsindən 
əldə olunan gəlirlər və yerli özünüidarəetmə orqanlarının, onların 
tabeliyində olan büdcə idarələrinin göstərdikləri pullu xidmətlərdən
əldə olunan gəlirlər tam şəkildə daxil olur. 
Azərbaycan 
Respublikasının büdcə qanunvericiliyinə əsasən
müxtəlif səviyyəli büdcə səlahiyyətləri müəyyən edilir. Qanunvericilik 
orqanı, yerli özünüidarəetmə orqanları büdcəyə baxıb, onu və icrası 
haqqında hesabatı təsdiq edir, büdcənin icrasına sonrakı nəzarəti
həyata keçirir.Azərbaycan Respublikasının büdcə sisteminin müxətlif 
səviyyəli büdcəsinin icrasına nəzarəti həyata keçirən orqanların hüquqi 
statusunu müəyyən edir və formalaşdırır. Azərbaycan Respublikasının 
Naxçıvan Muxtar Respublikasının büdcə qanunvericiliyinin digər 
hüquqi normativ aktlarına, yerli özünüidarəetmə orqanlarının aktlarına 
uyğun olaraq digər səlahiyyətləri həyata keçirir. 
Azərbaycan Respublikasının büdcə qanunvericiliyinin pozulmasına 
görə məsuliyyət növləri tətbiq edilir. Bu məsuliyyət növləri 
aşağıdakılardır: 
- büdcə haqqında qanuna əməl edilməməsi
- büdcə vəsaitlərinin məqsədsiz istifadə edilməsi; 
- büdcə vəsaitlərini alanlara büdcə vəsaitlərinin tam və vaxtında 
köçürülməməsi; 
- büdcə vəsaitlərini alanlara büdcə vəsaitlərinin vaxtında hesaba 
köçürülməməsi; 
- büdcənin icarı ilə bağlı hesabatların və digər məlumatların vaxtında 
təqdim edilməməsi; 
- büdcə vəsaitlərini alanlara büdcə öhdəlikləri haqqında bildirişlərin
vaxtında çatdırılmaması; 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin