7
ödənişlərin
müəyyən edilməsi, yerli büdcənin və onun icrası haqqında
hesabatların təsdiq edilməsi daxil edilir.
2. Azərbaycan Respublikasının “ Büdcə sistemi haqqında “
Azərbaycan
Respublikasının Qanunu yerli büdcələrin tərtibi,
müzakirəsi, təsdiqi və
icrasının Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən
edilməsi qaydalarını tənzimləyir.
3. Azərbaycan Respublikasının vergi məcəlləsi Azərbaycan
Respublikasının vergi sisteminə daxil edilən
vergilərin qruplar üzrə
təyinatını müəyyən etmişdir:
- dövlət vergiləri;
- muxtar respublika vergiləri;
- yerli vergilər( bələdiyyə vergiləri).
Eyni zamanda burada yerli vergilərin
tərkibinə daxil olan vergilər,
rüsumlar və ödənişlər müəyyən edilmişdir.
4. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının
Qanununun IV fəslinə görə yerli özünüidarəetmənin Azərbaycan
Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquqlarının
məhdudlaşdırılması qadağan edilir. Qanuna əsasən, bələdiyyələrin qəbul
etdiyi qərarlar bələdiyyələrin ərazisində
yerləşən hüquqi və fiziki
şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə
bilməz(maddə 48).
5. “ Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan
Respublikasının Qanununda ( maddə5) qeyd edildiyi kimi,
yerli
büdcənin müstəqilliyi öz mədaxil mənbələrinin olması və bələdiyyənin
yerli büdcənin vəsaiti barədə sərəncam vermək müstəsna hüququ ilə
təmin edilir.
Azərbaycan Respublikasının qanunvericilik
və icra hakimiyyəti
orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinə,
Azərbaycan Respublikası qanunlarında nəzərdə tutulmuş hallar
istisna
olmaqla yol verilmir.
Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst
qalıqlarına müstəqil sərəncam verir.
Dostları ilə paylaş: