2
Büdcə prosesləri növbəti il üzrə büdcə layihəsinin hazırlanmasından
başlamış həmin büdcə layihəsinin müzakirəsi, təsdiqi, icrası və icrası ilə bağlı
hesabatın hazırlanması və dövlət başçısı tərəfindən büdcənin icrası haqqında
qanunun imzalanmasına qədər olan dövrü əhatə edir.
Büdcə layihəsinin məsələlərinə daxildir: icmal maliyyə planlaşdırılması,
büdcə proqnozlaşdırılması, büdcə layihəsinin tərtib edilməsi, müzakirəsi və
təsdiq edilməsi , büdcə ili ərzində büdcənin icra edilməsi, büdcənin icrası
haqqında hesabatın tərtib edilməsi və təsdiqi.
Dövlət büdcəsi vəsaitlərinin baş sərəncamçısı dövlət büdcəsinin xərclərinin
təşkilatlar üzrə təsnifatı əsasında büdcə vəsaitini vəsait alanlar arasında
bölgüsünü həyata keçirmək hüququ olan ilk birbaşa büdcə vəsaiti alan
Azərbaycan Respublikasının icra hakimiyyəti orqanıdır.
Büdcə vəsaitlərinin baş sərəncamçısının səlahiyyətləri aşağıdakılardır:
- dövlət büdcəsinin xərclərini təşkilatlar üzrə təsnifləşdirmək, büdcə vəsaitlərini
vəsait alanlar arasında bölüşdürmək;
- qaytarmaq şərtilə verilən büdcə vəsaitlərinin, dövlət və ya bələdiyyə
zəmanətlərinin, büdcə investisiyalarının verilməsi haqqında müqavilələrdə
dövləti təmsil etmək;
- tabeçiliyndə olan büdcə vəsaitlərinin məqsədli istifadəsini təmin etmək, onların
vaxtında qaytarılması,hesabların vaxtında təqdim edilməsi, dövlət və ya
bələdiyyə xidmətləri üzrə tapşırıqların yerinə yetirilməsi üzərində nəzarət etmək;
- tabeçiliyində olan büdcə idarələrinin gəlirlər və xərclər smetalarını təsdiq
etmək;
- büdcənin bölgüsünü tərtib etmək, büdcə öhdəlikləri limitlərini, büdcə
vəsaitlərini tabeçiliyində olanlar arasında bölüşdürmək;
- büdcə vəsaitlərinin istifadəsinə nəzarət etmək;
- büdcənin icrası haqqında icmal hesabatı, gəlir və xərclərin icmal smetasını ,
həmçinin dövlət və ya bələdiyyə xidmətləri üzrə verilən tapşırıqların yerinə
yetirilməsi haqqında hesabatları hazırlamaq və təqdim etmək.
Dostları ilə paylaş: