4
- perspektiv maliyyə planı;
- idarəetmənin dövlət və yerli səviyyələrində tərtib olunan icmal( toplu) maliyyə
planı.
Perspektiv maliyyə planı
- Azərbaycan Respublikasının, Naxçıvan
Muxtar
Respublikasının , bələdiyyələrin sosial- iqtisadi inkişafın orta və təcili
proqnozuna
əsaslanan, büdcə, büdcə layihəsi ilə birlikdə formalaşdırılan və
özündə büdcə gəlirlərinin səfərbər edilməsi üzrə imkanları, dövlət və bələdiyyə
borc
götürmənin
cəlb
edilməsini
və
büdcənin
əsas
xərclərinin
maliyyələşdirilməsini əks etdirən sənəddir.
Perspektiv maliyyə planı aşağıdakı məqsədlər üçün tərtib olunur:
- sosial- iqtisadi inkişafın və maliyyə siyasətinin istiqamətlərini təmin etmək;
- planlaşdırılmış tədbirlərin həyata keçirilməsi
üçün zəruri olan maliyyə
vəsaitləri həcminin proqnozlaşdırılması;
- islahatların, proqramların maliyyə nəticələrinin proqnozlaşdırılması;
- maliyyə siyasəti sahəsində müxətlif tədbirlərin həyata keçirilməsi imkanlarının
aşkar edilməsi;
-uzunmüddətli neqativ meyllərin qarşısının alınması və vaxtında müvafiq
tədbirlərin həyata keçirilməsi.
Perspektiv maliyyə planı üç
ilə işlənir , onlardan;
-
birinci il – büdcə
tərtib edilən il;
-
sonrakı iki il – plan dövrüdür. Bu zaman bəyan edilən iqtisadi siyasətin real
nəticələri işlənir.
Icmal( toplu) maliyyə balansı
– konkret dövr üçün ölkədə maliyyə
vəsaitlərinin yaranma mənbələri və istifadəsi istiqamətləri barədə məlumatları
özündə əks etdirən maliyyə sənədidir. Icmal maliyyə balansı
müvafiq ərazidə
yerləşən büdcələri və məqsədli büdcədənkənar fondları əhatə edir.
Büdcə proqnozlaşdırılması
Büdcə
proqnozlaşdırılması “Büdcə sistemi haqqında” Azərbaycan
Respublikası Qanununun 11- ci maddəsinin “Dövlət
büdcəsi layihəsinin tərtibi
prosesi və büdcə təqvimi” maddəsinə əsasən həyata keçirilir. Büdcə
Dostları ilə paylaş: