12
-
funksional, təşkilati və iqtisadi təsnifatlar paraqrafları səviyyəsində cari ilin
dövlət büdcəsinin gözlənilən icrasının vəziyyəti;
- cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumat;
- büdcədənkənar əməliyyatlara
dair icmal hesabat;
- keçən büdcə ilində, faktiki və cari büdcə ilində
gözlənilən maliyyələşdirmə
mənbələri barədə hesabat;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.
Azərbaycan Respublikasının Prezidenti növbəti maliyyə ilinə dövlət büdcəsi
haqqında qanun layihəsi ilə birlikdə Milli Məclisə aşağıdakı
qanun layihələrini
göndərir:
-
Azərbaycan Respublikasının vergilər və rüsumlar haqqında qanunvericilik
aktlarına dəyişiliklər
və əlavələr edilməsi;
-
Azərbaycan Respublikasının büdcədənkənar fondlarının büdcələri
haqqında qanun layihələri.
Mərkəzi Bank cari ilin oktyabrın 1- dən növbəti
maliyyə ilinə vahid dövlət
pul- kredit siyasətinin əsas istiqamətlərinin layihəsini Milli Məclisə təqdim edir.
Bu layihə həmçinin Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan
Respublikası hökumətinə göndərilir.
Milli Məclisdə dövlət büdcəsi vəsaiti hesabına
maliyyələşdirilməsi nəzərdə
tutulan məqsədli proqramların layihələri dövlət büdcəsinin layihəsi ilə eyni
zamanda baxılır və qəbul edilir.
Azərbaycan Respublikasının Prezidenti dövlət büdcəsi haqqında
qanuna
dəyişiliklər və əlavələr edilməsi haqqında qanun layihəsini Milli Məclisə təqdim
edir.
Qeyd edildiyi kimi, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında
qanun
layihəsinin müzakirəsi və təsdiqi Azərbaycan Respublikası Milli Məclisinin
Daxili Nizamnaməsinə uyğun olaraq həyata keçirilir.
Milli Məclisdə qanun layihələrinə, bir qayda olaraq üç oxunuşda baxılır. Milli
Məclisin sədrinin qərarı ilə və ya Milli Məclisin protokol qaydasında
qəbul
etdiyi qərarla qanun layihəsinə bir oxunuşda baxıla bilər.
Dostları ilə paylaş: