Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə33/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   29   30   31   32   33   34   35   36   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
40



Büdcə layihəsinin tərtib edilməsi mövcud büdcə qanunvericiliyi əsasında
həyata keçirilir. 
Əhaliyə ödəməli olan müavinət, pensiya, kompensasiya, dotasiya və digər
ödəniş növlərinin hesablanması üçün qüvvədə olan hüququ aktlara edilmiş 
dəyişiliklər və əlavələr nəzərə alınır. 
Büdcə haqqında qanun layihəsində büdcənin əsas xarakteristikası öz əksini 
tapmalıdır. 
Büdcə layihəsinin tərtib edilməsi üçün ilkin makroiqtisadi göstəricilər 
bunlardır: 
- növbəti maliyyə ilinə ÜDM- un həcmi və növbəti maliyyə ilində ÜDM- un 
artım sürəti; 
- inflyasiyanın səviyyəsi ( qiymətlərin artım sürəti) 
Dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış
başlanır və büdcə layihəsinin Azərbyacna Respublikasının Milli Məclisinə
təqdim edildiyi günədək olan dövrü əhatə edir. 
Qeyd edildiyi kimi, növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ölkənin 
iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozları, məqsədli proqnozlar
iqtisadiyyatın sahələrinin, inzibati rayonların , mülkiyyət formasından asılı 
olmayaraq bütün müəssisələrin cari və növbəti il üzrə maliyyə fəaliyyətinin 
nəticələrinin qiymətləndirilməsi əsasında hazırlanır. 
Növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin tərtibi üçün lazım olan 
iqtisadi və sosial proqnozların hazırlanması barədə əsaslandırılmış sənədlər 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müddət ərzində və 
qaydada ona təqdim edilir. 
Dövlət büdcəsinin formalaşdırılmasının birinci mərhələsində Azərbaycan 
Respublikasının hökuməti və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən 
iqtisadiyyatın vəziyyətini əks etdirən makroiqtisadi göstəricilər əsasında
növbəti maliyyə ilinə Azərbaycan Respublikasının iqtisadiyyatının fəaliyyət
proqnoz- planı işlənib hazırlanır. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin