11
Büdcə layihəsinə baxılması və təsdiq edilməsi
Maliyyə orqanlarından müvafiq büdcə layihələrini aldıqdan sonra, icra
hakimiyyəti orqanları layihəyə baxır və zəruri hallarda düzəlişlər və əlavələr
edir.
Azərbaycan Respublikasının hökuməti növbəti maliyyə
ilinə dövlət büdcəsi
haqqında qanun layihəsini və ona əlavə olunmuş sənədləri və materialları
oktyabrın 1- dək Azərbaycan Respublikası Prezidentinə təqdim edir. Azərbaycan
Respublikasının Prezidenti növbəti maliyyə ilinə dövlət büdcəsi haqqında qanun
layihəsinə və ona əlavə olunmuş materiallara baxdıqdan sonra onların oktyabrın
15- dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.
Növbəti büdcə ili üzrə dövlət büdcəsi ilə bağlı aşağıdakı sənədlər müvafiq
icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə
təqdim edilir:
- növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında
qanun layihəsi və qanun
layihəsinə dair izahat;
- Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn
üç il üzrə iqtisadi və
sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri;
- büdcə- vergi siyasətini əsas
istiqamətləri;
- dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan
məqsədli
proqramlar;
- büdcə gəlirləri təsnifatının, funksional, iqtisadi və təşkilati təsnifatların
paraqrafları səviyyəsində gəlirlərin və
xərclərin layihəsi;
- dövlət borcları və dövlət zəmanətləri ilə digər öhdəliklərə dair məlumat;
- növbəti il üzrə icmal büdcəsinin layihəsi;
- Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı;
- qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının
Milli Məclisi
tərəfindən təsdiq olunması nəzərdə tutulduğu hallarda növbəti büdcə ili üzrə
büdcədənkənar dövlət fodlarının büdcələri haqqında
qanun layihələri;
- növbəti büdcə ili üzrə gəlirləri ötən ilin faktiki və cari gözlənilən nəticləri ilə ,
habelə xərclərinin funksional, iqtisadi və təşkilati təsnifatlar üzrə müqayisəsi;
Dostları ilə paylaş: