10
dəqiqləşdirir və təyin olunmuş qaydada Milli Məclisə təqdim etməkdən
qanun
layihəsini nəzərdən keçirir.
Azərbaycan Respublikasının hökuməti növbəti maliyyə ilinin dövlət büdcəsi
haqqında qanun layihəsini və ona əlavə olunmuş sənədləri və matterialları
Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
Növbəti maliyyə ili üzrə dövlət büdcəsi ilə bağlı aşağıdakı sənədlər hazırlanıb
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir:
- cari ilin dövlət büdcəsinin icarsının vəziyyəti haqqında hesabat;
- növbəti büdcə ili üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında
qanun layihəsi;
- Azərbaycan Respublikasının növbəti büdcə ili üzrə
iqtisadi və sosial inkişaf
konsepsiyası və proqnoz göstəriciləri;
- dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi
nəzərdə tutulan
məqsədli proqramlar;
- büdcə və vergi siyasətinin əsas
istiqamətləri;
- Azərbaycan Respublikasının inzibati ərazisi üzrə icmal maliyyə balansı;
- dövlət büdcəsinə daxil olmayan məqsədli dövlət fondlarının büdcələri
haqqında
qanun layihələri;
- büdcə təsnifatına uyğun olaraq növbəti büdcə ili üzrə dövlət büdcəsinin
gəlirlərinin
və xərclərinin məbləği;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.
Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə
edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15- dən gec olmayaraq
Azərbaycan Respublikasının Konstitusiyasının 109- cu maddəsinin 2- ci
bəndinə uyğun olaraq Azərbaycan Respublikasının
Milli Məclisinin
müzakirəsinə və təsdiqinə təqdim edilir.
Növbəti maliyyə ilinə dövlət büdcəsi haqqında qanun layihəsi Azərbaycan
Respublikasının Milli Məclisində dekabr ayının 20-
dən gec olmayaraq təsdiq
edilir.
Dostları ilə paylaş: