Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları


Dövlət büdcəsinin icrasının təhlili. Büdcə kəsiri



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə155/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   147   148   149   150   151   152   153   154   155
Büdcə Sistemi

Dövlət büdcəsinin icrasının təhlili. Büdcə kəsiri.
Büdcə təhlilinin məqsədi
bunlardır : 
-
Büdcənin tərtibi və icrasının nəticələrinin qiymətləndirilməsi ; 
-
Hökümətin maliyyə - büdcə siyasətinin əsaslandırılması ; 
-
Büdcənin formalaşması zamanı göstəricilərin parametrlərinin əsalandırılması ; 
-
Büdcənin plan göstəricilərinin yerinə yetirilməsinə mane olan amillərin və səbəblərin
aşkarlanması ; 
-
İdarəetmə sahəsində hakimiyyət orqanlarının sərəncamə və qərarlarının qəbul
edilməsinin əsaslandırılması ; 
-
Büdcənin tərtibi və icrası zamanı ehtiyatların aşkar edilməsi
-
Büdcəyə gəlirlərin tam, vaxtında və stabil yığılmasının təmin edilməsi ; 
-
Büdcədə nəzərdə tutulan maliyyə tədbirlərinin tam və vaxtında həyata keçirilməsinin 
təmin edilməsi ; 
-
Büdcə vəsaitlərinin səmərəsiz və məqsədsiz istifadəsinə səbəb olan büdcə
vəsaitlərini alanların fəaliyyətində çatışmazlıqların aşkar edilməsi ;
-
Büdcə xərclərinin iqtisadi və sosial səmərəliyinin müəyyən edilməsi; 
-
Büdcənin tərtibi və icrası gedişində maliyyə orqanlarının işində çatışmazlıqların
aşkar edilməsi və bu çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin
hazırlanması ; 
-
Büdcə prosesinin və büdcələrarası münasibətlərin təkmilləşdirilməsi ; 
Qeyd etmək lazımdır ki , təcrübədə maliyyə orqanlarının işində büdcə göstəricilərinin
yerinə yetirilməsinin təhlili tətbiq olunur.
Büdcə kəsiri.
Büdcə kəsiri dövlət büdcəsi xərclərinin gəlirlərinin artıq olmasını ifadə
edir.
KitabYurdu.az 
179


11 
Büdcə kəsiri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əksəriyyətində baş
verə bilən maliyyə hadisəsi olmaqla , ona heçdə həmişə fövqəladə və qeyri normal hal 
kimi baxmaq düzgün olmazdı. Çünki dünyanın elə bir ölkəsi yoxdur ki, onun inkişaf
tarixinin bu və ya digər mərhələsində büdcə kəsirinə məruz qalmamış olsun. 
Büdcə kəsirinin ( defisitinin ) yaranma səbəbləri , əsasən aşağıdakı kimi izah edilə
bilər. 
1.
Qabaqcadan nəzərə alına bilməyən və qəflətən baş verən fövqəladə hadisələrin
( məsələn , müharibənin , böyük daşqınlara səbəb olan geniş miqyaslı təbii fəlakətlərin 
və s. ) baş verməsi .Bu halda ölkənin mövcüd maddi və maliyyə ehtiyatı fondları
əmələ gələn disproporsiyaları aradan qaldırmağa, təxirə salınmaz bir sıra zəruri
sosial - iqtisadi xərcləri ödəməyə kifayət etmir və ona görə də digər xüsusi
mənbələrdən , eləcə də büdcə vəsaitindən istifadə etmək zərurəti meydana çıxır. 
2.
Ölkənin iqtisadi – sosial sistemində dərin böhranın baş verməsi, onun maliyyə - 
kredit sisteminin sarsılması , pul tədavülünün pozulması və nəticədə maliyyə
vəziyyətinin tənzimlənməsinə dövlətin nəzarət etmək qabiliyyətinin olmaması. 
3.
Büdcə kəsiri ölkənin iqtisadiyyatına böyük məbləğdə dövlətin investisiya qoyuluşu
ilə də əlaqədar ola bilər.
Dünya ölkələrinin təcrübəsindən məlum olduğu kimi , büdcə kəsirinin yol verilən 
həddi ümumi daxili məhsulun 2 – 3 faizindən artıq olmamalıdır. Əgər büdcə kəsiri
göstərilən həddən yuxarı olarsa , onun ixtisar edilməsi üçün zəruri tədbirlərin
görülməsi vacibdir.
Büdcə kəsirini azaltmaq üçün konkret tədbirlərə aşağıdakılar aid edilməlidir : 
-
Özəlləşdirmə proqramının həyata keçirilməsi və özəlləşdirilən əmlakdan gələn
gəlirlərin büdcəyə daxil edilməsi ; 
-
Dövlət büdcəsində olan təsərrüfat sahələrinin məhdudlaşdırılması və dövlət
maliyyələşdirilməsinin azaldılması ; 
-
İstesalın dirçəldilməsinə və inkişafına stimul yaradan maliyyə güzəştlərinin və
sanksiyaların geniş tətbiq edilməsi ; 
-
Büdcə vəsaitindən səmərəli istifadə etmək və onun maliyyə faydasını artırmaq
məqsədilə büdcədən xalq təsərüfatına investisiya qoyuluşunun istiqamətini
dəyidirmək ; 
-
Sülh və xarici təhlükəsizlik şəraitində büdcədən hərbi xərclərə təxsisatı ixtisar
etmək ; 
-
Ölkənin iqtisadiyyatını sürətlə inkişaf etdirmək məqsədilə xarici investisiyanın cəlb
edilməsini genişləndirmək , yəni kapital idxalını artırmaq və s.
KitabYurdu.az 
180

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin