Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə152/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   147   148   149   150   151   152   153   154   155
Büdcə Sistemi

KitabYurdu.az 
176



Xəzinədarlığa keçidin birinci mərhələsində büdcə təşkilatlarının bank hesabları
mövcud banklarda saxlanılmışdı və əməliyyatlar həmin banklarda aparılırdı. Lakin 
onlar tərəfindən aparılan bütün bank əməliyyatları mərkəzi və yerli maliyyə
orqanlarında qeydiyyata düşdükdən, yəni təsdiq olunduqdan sonra bank
əməliyyatlarının aparılmasına icazə verilirdi. Xərclərin aparılması üçün sənədlərlə
yanaşı büdcə təşkilatları maliyyə orqanlarına sifariş təqdim edirdi. Bununla yanaşı
maliyyə orqanlarında gəlirlərin və xərclərin uçotu aparılırdı. Qeyd etmək lazımdır ki,
maliyyə orqanları ancaq büdcədən açılmış vəsaitlərinin hərəkətinə nəzarət edirdi və 
onların uçotunu aparırdı. Büdcə təşkilatlarının rəhbərləri bu sistemin tətbiqini qəbul
etmək istəmirdilər. Buna görə də bu mərhələdə bir sıra çətinliklər yaranmışdı. 
Bunun başlıca səbəbi Dövlət xəzinədarlığı barədə məlumatların az olması, daha
doğrusu büdcə təşkilatlarının rəhbərlərinin məlumatlarının olmaması idi. Digər
tərəfdən isə, büdcə təşkilatlarının rəhbərləri vəsaitlərin xərclənməsi sahəsində olan
hüquqlarını itirmək istəmirdilər. Bütün bu çətinliklərə baxmayaraq maliyyə
içşilərinin yüksək səyi nəticəsində xəzinədarlığın birinci mərhələsi izahat işləri
aparılmaqla müvəffəqiyyətlə həyata keçirməyə başladı.
Dövlət maliyyəsinin tərkib hissəsi kimi Dövlət xəzinədarlığı aşağıdakı əməliyyatları
yerinə yetirir : 
1.
Dövlət büdcəsinin vəsaitlərinin optimal idarə edilməsi ; 
2.
Maliyyə nəzarətinin tərkib hissəsi kimi dövlət büdcəsinin vəsaitinin xərclənməsində
əvvəlcədən nəzarətin həyata keçirilməsi
3.
Dövlət büdcəsində mərkəzləşdirilmiş vəsaitlərin yenidən bölgüsünün təmin edilməsi 

4.
Dövlət büdcəsinin icrasında vahid uçotun təhlil edilməsi. 
Xəzinədarlığa hazırlıq mərhələsindən sonra Azərbaycan Respublikası Prezdentinin
16 may 1997 – ci il tarixli “ Azərbaycanda Dövlət xəzinədarlığının fəaliyyətinin 
tənzimlənməsi haqqında ” Sərəncamı ilə dövlət büdcəsinin icrasına rəsmi dövlət
xəzinədarlığının tətbiqi başlandı.
Dövlət xəzinədarlığının ikinci yəni ən məsuliyyətli və çətin mərhələsi 1 iyun
1997 – ci il tarixindən başlandı. Bu mərhələ xəzinədarlığın birinci mərhələsindən
əsaslı sürətdə fərqlənirdi. Belə ki, xəzinədarlığın bu mərhələsində bütün büdcə
təşkilatlarının bank hesabları bağlanılmış, həmin heasblarda olan qalıqlar ərazi üzrə 
yeni açılmış xəzinədarlıq oqanlarının tranzit hesablarına köçürülmüşdür. Maliyyə
orqanlarının strukturunda müvafiq dəyişikliklər aparılaraq onların tabeçiliyində
xəzinədarlığın funksiyalarını həyata keçirən şöbələr yaradıldı. Bununla xəzinədarlığa
keçidin ikinci mərhələsi başlandı. Bu mərhələdə büdcə təşkilatlarının, rayon ( şəhər ) 
və ya mərkəzi büdcədən maliyyələşdirilməsi tamamilə yeniləşdirilmiş ,dövlət
büdcəsinin gəlirlərinin uçotu banklardan alınaraq xəzinə orqanlaına həvalə edilmiş, 
yeni seçilmiş Agent – Banklarda dövlət gəlirlərinin büdcəyə daxil olmasının

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin