Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə153/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   147   148   149   150   151   152   153   154   155
Büdcə Sistemi

KitabYurdu.az 
177



operativliyi təmin olunmuş və həmin bankların tranzit hesablarında hər gün üzrə
olan vəsaitlərin mərkəzi xəzinəyə köçürülməsi təmin edilmişdir. Mərkəzi və yerli
xəzinədarlıq orqanları öz növbəsində açılmış vəsaitləri xərc maddələri üzrə həmin
təşkilatların xəzinə hesab kitablarına kredit resursu kimi daxil edirlər.Hər bir təşkilat 
üzrə açılmış kitablarda onların büdcə ili üzrə təsdiq olunmuş smetalarının
göstəriciləri əks olunur və bu smetaya uyğun olaraq smetanın icrasına nəzarət
həyata keçirilir.
Xəznədarlığın başlıca vəzifələrindən biri də dövlət büdcəsinə daxil olmuş gəlirlərin
uçotunun aparılmasıdır. Əvvəlki illərdən fərqli olaraq bank sənədləri birbaşa maliyyə
idarələrinə daxil olur. Maliyyə idarəsinin xəzinə uçot işçiləri gəlirləri bank sənədləri
əsasında üzləşdirdikdən sonra vergi idarəsi ilə birlikdə üzləşmə aktı tərtib edir. 
Həmin sənədlər tədiyyəçilər üzrə uçotun qurulması üçün üzləşmə aktı ilə birlikdə
vergi orqanlarına təqdim edilir.
Dövlət xəzinədarlığına keçidin sonrakı mərhələsi 1 avqust 2000 – ci il tarixdən
tətbiq olunmağa başlamışdır. Bu mərhələdə kredit sərəncamçıları tərəfindən alınan 
malların, görülmüş iş və göstərilmiş xidmətlərə görə xəzinə uçotunun aparılması
işinin təşkil olunmasıdır. Xəzinə orqanları bu mərhələdə büdcə təşkilatlarına malların
tam və vaxtında çatdırılmasına, iş və xidmətlərin yekunlaşdırılmasına nəzarəti
həyata keçirir, yəni alışlar haqqında xəzinədarlıq tərəfindən qəbul edilməmiş və
uçota alınmamış heç bir xərc maddəsi üzrə kassa icrası aparıla bilməz. Malların ( iş
və xidmətlərin ) alışı sənədində xərc əməliyyatlarının məbləği öhdəlik sənədində əks 
olunmuş məbləğdən artıq ola bilməz, əks halda həmin əməliyyatlar uçota alınmadığı
üçün kassa xərci aparılmır. Bu mərhələdə xəzinə orqanları ilə yanaşı büdcə
təşkilatlarının malların alınmasında , onun mədaxilində, iş və xidmətlərin
görülməsində məsuliyyətləri daha da artır. Bu zaman malların ( iş və xidmətlərin )
alqı – satqısı sənədi hər bir xərc maddəsi üzrə ayrılıqda uçot alınır. Bütün
əməliyyatlar xəzinə hesab kitablarında öz əksini tapır.

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin