7
Büdcə layihəsinin tərtib edilməsi üçün Azərbaycan Respublikasının ,
Naxçıvan Muxtar Respublikasının , bələdiyyələrin və iqtisadiyyatın müxtəlif
sahələrinin sosial- iqtisadi inkişaf proqnozları işlənib hazırlanır. Icra
hakimiyyəti orqanlarında büdcə layihəsinin işlənməsi üçün əsas sayılan icmal
maliyyə balansı hazırlanır.
Büdcə
layihəsinin
tərtib
edilməsi
Azərbaycan
Respublikası
hökumətinin,Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə
orqanlarının , müvafiq icra hakimiyyəti orqanlarının mühüm vəzifəsidir.
Büdcə layihəsinin tərtib edilməsi vasitəsilə Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və
bələdiyyələrin maliyyə orqanları həyata keçirirlər.
Büdcə layihəsinin vaxtında və keyfiyyətlə tərtib edilməsi üçün müvafiq
orqanlardan və hüquqi şəxslərdən lazımi məlumatlar alınmalıdır.
Büdcə layihəsinin tərtib edilməsi üçün vacib olan məlumatlar bunlardır:
- qüvvədə olan mövcud vergi qanunvericiliyi;
- büdcə sisteminin müxtəlif səviyyələrinin tənzimləyici normativləri;
- Azərbaycan Respublikasının dövlət büdcəsinin digər büdcələrlə verəcəyi
maliyyə yardımının nəzərdə tutulan həcmi;
- Azərbaycan Respublikası dövlət büdcəsinin digər büdcələrə verəcəyi xərclərin
növü və həcmi;
- dövlət və bələdiyyə xidmətlərinin göstərilməsinə maliyyə məsrəflərinin
normativləri;
- minimum maliyyə təminatı normativləri.
Büdcə layihəsinin tərtibi aşağıdakılara əsaslanır:
- Azərbaycan Respublikası Prezidentinin büdcəyə göstərişinə;
- növbəti maliyyə ilinin müvafiq inzibati ərazinin sosial- iqtisadi inkişaf
proqnozuna;
- növbəti maliyyə ilinə müvafiq ərazinin büdcə və vergi siyasətinin əsas
istiqamətlərinə;
- növbəti maliyyə ilinə müvafiq inzibati ərazinin iqtisadiyyatının dövlət və ya
bələdiyyə bölməsinin inkişaf planına.
Dostları ilə paylaş: