15
Qanun layihəsi əsas kimi qəbul edildikdən sonra Milli Məclisin iclasına
sədrlik edən deputatlardan qanun layihəsində edilmiş dəyişikliklərə etirazların
olub- olmamasını öyrənir. Bu cür etirazlar olduqda onları qısaca əsaslandırmaq
üçün hər deputata 3 dəqiqəlik vaxt verilir. Məruzəçi həmin etirazlara
cavab verir
və qanun layihəsi maddə- maddə müzakirə edilir. Bundan sonra qanun layihəsi
ikinci oxunuşda qəbul edilir. Iş başa çatdıqdan sonra daimi komitə üçüncü
oxunuş üçün hazırlanmış qanun layihəsini Milli Məclisin sədrinə göndərir. Milli
Məclisin sədri qanun layihəsinə baxılmasını üçün Milli Məclisin iclasının
gündəliyinə salır.
III. Azərbaycan Respublikası Milli Məclisinin daxili Nizamnaməsinin 19- cu
maddəsinə əsasən qanun layihəsinin üçüncü oxunuşu zamanı
qanun layihəsi
bütövlükdə səsə qoyulur. Qanun layihəsinin üçüncü oxunuşu zamanı onun
mətnində dəyişikliklər edilə bilməz.
Müstəsna hallarda Milli Məclisin iclasında iştirak edən deputatların
əksəriyyətinin tələbi ilə üçüncü oxunuşda olan qanun layihəsi ikinci oxunuşa
qaytarıla bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 96- cı
maddəsinin IV və V
hissələrində nəzərə tutulmuş hallar istisna olmaqla, bütün başqa hallarda Milli
Məclisə təqdim edilmiş layihələrə 6 ay müddətində baxılır,
müzakirə edilir və
onlar barəsində qərar qəbul edilir.
Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi Azərbaycan
Respublikası Milli Məclisində cari ilin dekabr ayının 20-
dən gec olmayaraq
təsdiq edilir.
Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla aşağıdakı əsas
göstəricilər təsdiq olunur:
-
gəlirlərin ümumi məbləği;
-
vergilərin dərəcələri;
-
mədaxil mənbələri üzrə
gəlirlərin məbləği;
-
mənbələr üzrə qrantlar və transfertlər;
-
ayrı- ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normaları;
Dostları ilə paylaş: