Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə42/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   38   39   40   41   42   43   44   45   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
49


17 
fəaliyyətinin qiymətləndirilməsi, sosial iqtisadi proqnozlar və məqsədli 
proqramlar əsasında formalaşır. Dövlət büdcəsindən dotasiya nəzərdə tutulmuş 
bələdiyyələr yerli büdcə layihəsini müvafiq sənədlər və məlumatlarla birlikdə 
may ayının 1- dək müvafiq icra hakimiyyəti orqanına ( Azərbaycan 
Respublikasının Maliyyə Nazirliyinə) təqdim etməlidir. 
Yerli büdcələrin yerinə yetirilməsinə bələdiyyələr nəzarət edir. Yerli 
büdcələrin yerinə yetirilməsinə xidmət göstərmək və işi səmərəli təşkil etmək 
üçün bələdiyyələr dövlət xəzinədarlığının ərazi( rayon) orqanları ilə müqavilələr 
bağlaya, yaxud da yerli büdcənin vəsaitləri hesabına bələdiyyə xəzinədarlığı 
yarada bilər. 
Beləliklə, yerli büdcələrin formalaşmasını, təsdiqini və istifadə olunmasını, 
yerli büdcələrin icrasına nəzarəti bələdiyyələr müstəqil həyata keçirir.
Yerli büdcələrin müstəqilliyi öz mədaxil mənbələrinin və bələdiyyənin yerli 
büdcə vəsaitinə sərəncam vermək barədə müstəsna hüququnun olması ilə təmin 
edilir. 
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla qanunvericilik və 
icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinə 
yol verilmir. Bələdiyyələr maliyyə ilinin sonuna yerli büdcədə əmələ gəlmiş
sərbəst vəsait qalıqlarına müstəqil sərəncam verirlər. 
Yerli sosial- iqtisadi inkişaf proqramlarını yerli büdcənin vəsaiti hesabına 
maliyyələşdirmək mümkün olmadıqda, dövlət büdcəsindən dotasiya və 
subvensiya ayrılır. Qanunvericilik və icra hakimiyyəti orqanları bələdiyyələrə 
əlavə səlahiyyətlər həvalə etdikdə, onlar bu səlahiyyətlərin həyata keçirilməsi 
üçün zəruri maliyyə vəsaiti ilə təmin olunur. Icra hakimiyyəti orqanlarının qəbul 
etdikləri qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması və ya 
xərclərinin artması baş verdikdə, uyğun azalma və ya artma məbləğləri bu 
qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya olunur. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin