14
Konstitusiyasına zidd olması müəyyənləşdirdikdə aparıcı
daimi komitə bu
barədə dəyişikliyin müəllifinə xəbər verir.
Layihənin ayrı- ayrı maddələri üzrə qruplaşdırılmış dəyişikliklərə aparıcı
daimi komitənin iclasında baxılır və daimi komitə dəyişiliklərə razı olduqda
onları layihənin mətninə daxil edir. Yenidən işlənmiş
qanun layihəsi ikinci
oxunuşda baxılmaq məqsədli Milli Məclisin sədrinə göndərilir.
Milli Məclisdə ikinci oxunuşda baxılmasına 5 gün qalmış qanun layihəsi onun
təşəbbüsçüsünə göndərilir.
Azərbaycan
Respublikası Prezidentinin,Azərbaycan Respublikası Ali
Məclisinin və Naxçıvan Muxtar Respublikası Milli
Məclisinin qanunvericilik
təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə verdikləri qanun layihələri
təqdim olunmuş şəkildə müzakirəyə çıxarılmalı və səsə qoyulmalıdır. Belə
qanun layihələrində dəyişikliklər yalnız həmin orqanların razılığı ilə edilə bilər.
II. Azərbaycan Respublikası Milli Məclisinin daxili nizamnaməsinin 18- ci
maddəsinə əsasən qanun layihəsinin ikinci oxunuşda müzakirəsi aparıcı
daimi
komitənin nümayəndəsinin məruzəsi ilə başlanır. Məruzəçi daimi komitədə
layihəyə baxılmasının nəticələri haqqında məlumat verir.
Layihənin ikinci oxunuşda müzakirəsi bir qayda olaraq, təşəbbüsçünün çıxışı
ilə başlanır.
Ikinci oxunuşda dövlət büdcəsi xərclərinin
ümumi məbləği çərçivəsində
dövlət büdcəsinin funksional təsnifatı üzrə xərclərin bölgüsü, Azərbaycan
Respublikası subyektlərinə maliyyə yardımının həcmi( dotasiya), cari xərclər
büdcəsi , dövlət məqsədli proqramların maliyyələşdirilməsi
xərcləri, Azərbaycan
Respublikasının dövlət xarici borclanması proqramı, Azərbaycan
Respublikasının xarici dövlətlərə
dövlət kreditinin verilməsi, gəlirlərin və
xərclərin rüblər üzrə bölgüsü, dövlət büdcəsinin kəsiri və bir sıra digər məsələlər
müzakirə edilir.
Ikinci oxunuşda müzakirə edilən qanun layihəsinin əsas kimi
qəbul edilməsi
barədə protokol qaydasında qərar qəbul edilir. Bu cür qərar qəbul edilməzsə,
qanun layihəsi qəbul edilməmiş sayılır.
Dostları ilə paylaş: