Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları


Dövlət büdcəsi gəlirlərinin mahiyyəti,onların tərkibi və quruluşu



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə50/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   46   47   48   49   50   51   52   53   ...   155
Büdcə Sistemi

 
1. Dövlət büdcəsi gəlirlərinin mahiyyəti,onların tərkibi və quruluşu. 
2. Vergilərin mahiyyəti və funksiyaları. 
3. Azərbaycanda vergi sisteminin təşəkkülü və inkişafı. 
4. Azərbaycan Respublikasının müasir vergi sistemi və vergilərin 
təsnifatı. 
5. Büdcənin qeyri- vergi gəlirləri. 
Büdcənin 
gəlirləri 
dedikdə, 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyinə uyğun olaraq əvəzi ödənilmədən və qaytarılmamaq 
şərti ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının 
sərəncamına daxil olan pul vəsaiti başa düşülür. Dövlət büdcəsinin 
gəlirləri dövlətin maliyyə bazasını təşkil edir. 
Büdcənin gəlirləri dövlətin pul vəsaiti fondunun formalaşması 
prosesində dövlətlə müəssisə,təşkilat və əhali arasında əmələ gələn 
iqtisadi münasibətləri ifadə edir. 
Planlı iqtisadiyyat dövründə dövlət büdcəsinin gəlirləri dövlət 
müəssisələrinin pul yığımlarına əsaslanırdı. Onlar dövlət büdcəsi 
gəlirlərinin 90 faizdən çoxunu təşkil edirdi və əsasən iki tədiyyədən – 
dövriyyədən vergi və mənfəətdən ödənişlərdən ibarət idi. Dövlət 
büdcəsinin gəlirləri dövlətin maliyyə ehtiyatlarının 2/3 – ni özündə əks 
etdirir. 
Bazar iqtisadiyyatı şəraitində büdcənin gəlirləri bölümünün 
mahiyyəti bir qədər dəyişmiş və daha geniş münasibətlər sistemi olan 
bazar münasibətlərərini özündə əks etdirməyə başlamışdır. Iqtisadi 
təsnifata uyğun olaraq dövlət büdcəsinin gəlirləri 4 qrupa ayrılır. 
- vergilərdən daxilolmalar, qeyri- vergi gəlirləri, əsaslı ödənişlər və 
əvəzsiz alınan vəsaitlər( transfertlər) 
Vergilər – mühüm iqtisadi kateqoriya olub,tarixən dövlətin meydana 
gəlməsi, mövcudluğu və fəaliyyəti ilə bağlıdır. Vergitutma 
nəzəriyyəsinin əsasını qoyanlardan biri İngilis iqtisadçısı A.Smit ( 1720 
– 1790) demişdir ki, “vergilər onları ödəyənlər üçündür– pul əlaməti yox 
azadlıq əlamətidir”. Görkəmli kilsə xadimi və filosof Foma Akvinski( 
1226- 1274) vergiləri “ soyğunçuluğun icazə verilmiş forması” 
adlandırmışdır. Karl Marksın ( 1818- 1883) fikrincə “ vergi hökuməti 
yedizdirən ana döşüdür”. Azərbaycan Respublikasının vergi 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin