Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə52/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   48   49   50   51   52   53   54   55   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
62



vasitəsilə vergi qanunvericiliyinə əməl edilməsinə nəzarət etməkdən 
ibarətdir.
Bölüşdürücü funksiyası.Verginin bölüşdürücü funksiyasının mahiyyəti 
ictimai gəlirin əhalinin ayrı- ayrı kateqoriyaları arasında yenidən 
bölüşdürülməsindən ibarətdir. Yəni əhalinin varlı təbəqəsinin vergi 
yükününü artırılması hesabına vəsaitlər bu kateqoriyadan olan əhalinin 
daha kasıb hissəsinə ötürülür. Bölüşdürücü funksiyaya misal olaraq 
aksizləri, mütərəqqi vergitutmanı göstərmək olar.
Tənzimləyici funksiya. Bu funksiya vergi mexanizmləri vasitəsilə 
dövlətin qarşısında qoyulan məqsədlər nail olunmasına xidmət edir. 
Tənzimləyici funksiya vasitəsilə vergi və rüsumlar təkrara istehsal 
prosesini surətləndirmək və ya ləngitməyə əhəmiyyətli təsir göstərir, 
kapital yığımını gücləndirir. 
Vergilərin tənzimləyici funksiyası qarışıq iqtisadiyyatın müasir 
mərhələsində xüsusi əhəmiyyət kəsb edir, dövlətin iqtisadi və sosial 
proseslərə aktiv surətdə səbəb olur.
Vergilər insan sivilizasiyasının yarandığı vaxtdan mövcuddur. 
Dövlətin təşkilinin ilikn mərhələsində vergitutmanın ilkin forması 
qurban gətirmə olmuşdur. Qurban verilməsi əslində könüllü olmasına 
baxmayaraq qeyri- rəsmi olaraq məburi xarakter daşımışdır.
Ilk müstəqil vergi sistemlərindən biri Qədim Romanın vergi 
sistemidir. Roma vətəndaşları öz əmlakına və ailə vəziyyətinə görə 
təqdim etdiyi ərizəyə əsasən vergiyə cəlb olunurdular. Verginin, həcmi 
xüsusi olaraq seçilmiş məmurlar tərəfindən 5 ildən bir müəyyən 
edilirdir. E. ə. IV- III əsrlərdə vergi sisteminin inkişafı həm 
ümumidövlət, həm də yerli( kommunal) vergilərin yaranmasına səbəb 
oldu. E. ə IV və III əsrlərdə Roma dövləti inkişaf edirdi, yeni dövlətlər – 
müstəmləkələr yaradılırdı. Vergi sistemində də dəyişikliklər baş verirdi. 
Koloniyalarda kommunal vergilər və biyar vergiləri tətbiq edilirdi.
Roma əyalətlərində gəlirlərin əsas mənbəyini torpaq vergisi təşkil 
edirdi. Bu verginin dərəcəsi torpaq sahəsinin gəlirinin 1/ 10 hissəsini 
təşkil edirdi. Bundan başqa meyvə ağaclarına vergilər də mövcud idi.
Roma imperiyasında birbaşa vergilərlə yanaşı vasitəli vergilər də 
mövcud idi. Qədim Romada dolayı vergilər arasında ən mühümləri 
bunlar idi: 1 faizli dövriyyə vergisi, 4 faiz dərəcəsində qul satışından 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin