Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə53/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   49   50   51   52   53   54   55   56   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
63



alınan xüsusi dövriyyə vergisi, bazar qiyməti ilə qulların azad 
olunmasından alınan 5 faiz dərəcəli vergi. Eramızın IV əsrində 
imperator Avqust 5 faizli varislik vergisi tətbiq etdi. Bu vergi növü 
ancaq Romanın özündə tətbiq edilirdi. Vergi məqsədli xarakter daşıyırdı. 
Alınan vəsait professional əsgərlərin pensiya təminatına yönəldilirdi. 
XVII əsrin sonu XVIII əsrin əvvəllərində Avropa ölkələrində inzibati 
dövlət yaranmağa başladı. Bununla yanaşı məmur aparatı yaradıldı, 
birbaşa və vasitəli vergilərdən ibarət səmərəli vergi sistemi formalaşdı. 
Vasitəli vergilərin arasında aksizlər xüsusi rol oynamışdır. Bu vergi 
adətən şəhərə daxil olan və xaric olan məhsullara,alkoqollu içlikərə və 
tütün məmulatına tətbiq olunurdu. Aksiz ərəcələri 5- 25% olurdu.
Birbaşa vergilərin əsasını can vergisi və gəlir vergisi təşkil edirdi. Bu 
vergilərdən zadəganlar və keşişlər azad edilirdi. 
“ 
Əmək nəzəriyyəsi “ 
nin müəllifi İngilis iqtisadçısı V. Petti ( 1623- 1687) “ Vergilər və 
yığımlar haqqında” elmi əsərində vasitəli vergiqoymanın üstünükləri 
haqqında qeyd edirdi. O sübut edirdi ki, gəlirlərin yığılmasında 
aksizlərin rolu böyükdür. Birincisi , ona görə ki, hər bir şəxs istehlak 
etdiyi qədər aksiz vergisi ödəməlidir. Ikincisi, heç kim ikinci dəfə eyni 
şeyə görə vergi ödəmir. Üçüncüsü, ödənişin belə formasında ölkənin 
inkişafı , sənayesi barədə məlumat əldə etmək olar”.
Vergilərin elmi nəzəriyyəsinin banisi Şotlandiya iqtisadçısı və 
filosofu A. Smit ( 1772- 1823) olmuşdur. O qeyd edirdi ki, “ Vergilər 
onun üçündür ki, o ödənişin – bu azadlığın əlamətidir. Hər bir vergi 
ödəyicisinin onun imkanı olduğu zaman və müəyyən edilmiş qaydada 
ödəməsi məqsədəuyğundur. Hər bir vergi elə tərtib edilməlidir ki, o 
əhalidən ancaq müəyyən məbləğdə və az miqdarda alınsın.” . M.Keyns ( 
1883 – 1946) vergiqoymada proqressivliyin tərəfdarı olmuşdur. O belə 
hesab edirdi ki, proqressiv vergi sistemi kapital qoyuluşunun 
həvəsləndirilməsinə xidmət edir. Keyns nəzəriyyəsinə əsasən vergilər 
iqtisadi sistemdə “ elastik” hərəkət edir. Yüksək ( proqressiv) vergilər 
onun fikrincə müsbət rol oynayır. Büdcənin tərkib hissəsi olmaqla bu 
iqtisadi kateqoriya iqtisadiyyatda balanslaşdırma rolu oynayır. 
A. Saffer nəzəriyyəsinə görə gizli iqtisadiyyatın inkişafı vergi sistemi 
ilə əks əlaqədədir , yəni yegilərin artımı gizli iqtisadiyyatın artmasına, 
vergilərdən leqal və qeyri – leqal yayınmalara gətirib çıxarır. A. Lafer 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin