Büdcə təsnifatının tərkibi araşdırılmazdan
əvvəl onun yaranma
tarixinə nəzər salmaq lazımdır.
Hələ XIX əsrin əvvəllərində rus iqtisadçısı M. Speranskiy özünün
“Maliyyə planında” xərclərin təsnifatını yazmışdır.xərclərin təsnifatını
yazarkən M.Speranskiy bu bölgünü 5 meyara ayırmışdır:
- Birinci meyar – idarəetmə növünə görə.
Yəni burada idarəetmə
orqnaına xərclərin nəzərdə tutlduğu göstərilir. Belə bölgünü inzibati
mənsubiyyətinə uyğun olaraq maliyyə
vəsaitlərinin bölgüsünün
nəzərdə tututr.
- İkinci meyar – zərurilik səviyyəsinə görə. Bu halda xərclər zəruri,
faydalı, artıq, faydasız xərclərə bölünür. Faydalı xərclər o zaman zəruri
olar ki, onlar xalq təsərrüfatı sahələrinin inkişafına sərf edilmiş olsun.
-
Üçüncü meyar – xərclərin məkanlığına görə.
Burada
xərclərinümumdövlət və yerli əhəmiyyətli olması nəzərdə tutulur.
Ümumdövlət xərcləri dövlət büdcəcindən, yerli əhəmiyyətli xərcləri isə
yerli büdcələrdən maliyyələşdirilməlidir.
- Dördüncü meyar – xərclərin müddətliyidir. Bu xərclər adi və fövqaladə
xərclərə bölünür. Heç bir adi xərc fövqaladə xərclərə kifayət edə
bilməz. Fövqaladə hallar üçün nəzərdə tutulan vəsaitlər hazırda ehtiyat
fondundan ödənilir.
- Beşinci meyar - sabitlik. Xərclərin ümumi həcmi daimi və dəyişkən ola
bilər.
Bu cür təsnifatı qəbul edib xərclər üzrə
maddələrin növlərinə görə
elə qruplaşdırmaq olar ki, hər bir xərc növünə görə onların idarə
edilməsi,
zəruriliyi, məkanlığı, müddətliliyi və sabitliyi təmin edilmiş
olsun.
KitabYurdu.az
60