Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə57/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   53   54   55   56   57   58   59   60   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
67



mövcud idi və bu ağır vergi sistemi əhalini əzirdi. Malcəhət ( və ya 
bəhrə) əsas vergi olmuşdur. 
XVI- XVII əsrdə Azərbaycan kəndlisi aşağıdakı vergiləri və 
mükəlləfiyytləri ödəyirdi: torpaq və gəlir vergisini- malcəhət, 
bəhrə,xərac- natura ilə ümumi məhsulun 1/5, 1/3 hissəsini təşkil edirdi. 
Bu vergi sahibkar ilə dövlət arasında bölünürdü. Birinciyə 1/10, ikinciyə 
2/10 hissə çatırdı. Bağbaşı – məhsulun 1/10 bərabər idi. Çobanbəyi, çol 
pulu örüşdə heyvanları otarmaq üçün alınırdı. 
1699- 1702 – ci illərdə əhalinin yeni siyahıyaalınması keçirildi. Bu 
siyahıyaalınma zamanı vergilər 3 dəfə artırıldı.
XVIII əsrin birinci yarısında vergi və mükəlləfiyyətlərin ağırlıq 
rəiyyət və elatalların boynuna düşürdü. Iranda mövcud olan vergilər 
Azərbaycanda da tətbiq olunurdu: torpaq vergiləri( malcəhət, 
üşr,çobanbəyi), adambaşına alınana vergi( sərşomari, cizyə), qoşunları 
saxlamaq üçün ( ulufa, sursat, əsbə çapor) , hərbi qulluq mükəlləfiyyəti ( 
çərik), şah və dövlət məmurlarının xeyrinə toplanan vergi( ruşmat, 
təhzilat, peşkəş, xərc- e təyin mütərəddin) , dövlət və feodal üçün 
görüləcək işlər ( bikar və əvazir), torpaqbasdı vergisi( rahdari) və s. 
XVIII əsrin ikinci yarısında Azərbaycanda xanlıqlar dövründə əsas 
vergini malcəhət( Naxçıvan və Şirvan xanlıqlarında bu vergi bəhrə 
adlanırdı) təşkil edirdi. Müxtəlif xanlıqlarda onun həcmi 1/10 – lə 1/3 
arasında tərəddüd edirdi. Feodallar otlaqlardan istifadə müqabilində 
rəiyyətdən çopbaşı adlı əlavə vergi alırdı. Kəndli bağlarından toplanan 
bağbaşı adlı vergi məhsulun 1/10 – ni təşkil edirdi. 
Mirzə Camal Qarabağ xanlığında vergi və mükəlləfiyyətlər haqqında 
maraqlı məlumatlar verir. O, yazır ki, hər il Novruz bayramında 
sərkərdələrə xanın adından müxtəlif hədiyyələr- xələtlər, atlar, silahlar
bağışlanırdı. Feodallar da bunun müqabilində xana öz adlarına layiq 
hədiyyələr gətirirdilər. İbrahimxəlil xan səfərdə olarkən və ya hər hansı 
yerdə düşərgə qurarkən minbaşıların, yüzbaşıların, bəylərin, ağaların 
əksəriyyəti , bəzi döyüşçülər katiblər, eşikağası, darğalar və yolçular 
xanın mətbəxindən yemək alırdılar. Çox vaxt xanın mətbəxinin bir 
günlük xərci onlarla qoyundan, qırx puddan artıq düyüdən və s. ibarət 
olurdu. Bütün bunlar çoxlu xərc tələb edirdi və əsasən istehlakçıların 
istismarı hesabına ödənilirdi. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin