Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları


Büdcə xərclərinin təsnifatı



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə65/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   61   62   63   64   65   66   67   68   ...   155
Büdcə Sistemi

 
Büdcə xərclərinin təsnifatı. 
Büdcə xərcləri müəyyən əlamətlərinə görə təsnifləşdirilir. Azərbaycan 
Respublikasının dövlət büdcəsinin xərcləri aşağıdakı kimi təsnifləşdirilir: 
- təkrar istehsal prosesindəki roluna görə - maddi istehsal sahəsinin 
maliyyələşdirilməsi və qeyri- istehsal sferasının saxlanması ilə əlaqədar olan 
xərclər; 
- funksional təyinatına görə - xalq təsərrüfatının, sosial- mədəni tədbirlərin, 
ölkənin müdafiəsinin maliyyələşdirilməsi, idarəetmə aparatının saxlanması, 
hüquq- mühafizə fəaliyyəti və təhlükəsizliyin təmin edilməsi, əsaslı tədqiqat, 
elmi- texniki tərəqqiyə kömək və dövlət borclarına xidmət üzrə xərclər. Bu 
xərclərin hər bir qrupu inzibati əlamətlərə görə bölünür.
Iqtisadi mahiyyətindən asılı olaraq büdcənin ümumi xərcləri əsaslı və cari 
xərclərə bölünür. 
KitabYurdu.az 
78



Büdcənin əsaslı xərcləri
– büdcə xərclərinin bir hissəsi olmaqla innovasiya 
və investisiya fəaliyyətini təmin edir. Buraya əsas vəsaitlərin satın alınması 
əsaslı tikinti, əsaslı təmir, dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri- 
maddi aktivlərin satın alınması, əsaslı ödənişlər, ölkə daxilində kreditlərin 
verilməsi, xaricə kreditlərin verilməsi, xaricdən kreditlərin qaytarılması və s. 
daxildir. 
Büdcənin əsaslı xərclərinin tərkibində inkişaf büdcəsi formalaşdırıla bilər. 
Inkişaf büdcəsinin formalaşdırılmasının qaydası və şərtləri qanunla müəyyən 
olunur. 
Büdcənin cari xərcləri
– Azərbaycan Respublikası büdcəsinin iqtisadi 
təsnifatı ilə əlaqədar əsası xərclər daxil edilməyən dövlət hakimiyyəti 
orqanlarının , yerli özünüidarəetmə orqanlarının , büdcə idarələrinin cari 
xərclərini təşkil edir. Buraya əməyin ödəniş fondu, əmək haqqına üstəlik, 
malların alınması və xidmətlərin haqqının ödənilməsi, faizlər üzrə ödənişlər, 
daxili borc üzrə ödənişlər, subsidiyalar, transfertlər, mənfəətsiz işləyən 
müəssisələrə ödənişlər, əhaliyə ödənişlər. Xarici ölkələrə cari ödənişlər və s. 
daxildir. 
Dövlət büdcəsindən aşağıdakı funksional növlü xərclər maliyyələşdirilir: 
- Azərbaycan Respublikası Prezident aparatının, Azərbaycan Respublikası 
Milli Məclisinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Azərbaycan 
Respublikasının Mərkəzi Seçki Komissiyasının, Mərkəzi İcra Hakimiyyətinin
və onların ərazi orqanlarının fəaliyyətinin təmin edilməsi, növbəti maliyyə ilinə 
dövlət büdcəsi haqqında qanun təsdiq edilən zaman müəyyən edilən siyahı üzrə 
ümumdövlət idarəetməsinə çəkilən xərclər; 
- Məhkəmə sisteminin fəaliyyət göstərilməsinə çəkilən xərclər; 
- Dövlət maraqlarına uyğun beynəlxalq fəaliyyətin həyata keçirilməsi ( 
dövlətlərarası müqavilələrin və beynəlxalq maliyyə təşkilatlarının, beynəlxalq 
mədəni, elmi əməkdaşlıq üzrə müqavilələrin maliyyə təminatı ) xərcləri; 
- milli müdafiə və dövlətin təhlükəsizliyinin təmin edilməsi, sənayenin müdafiə 
sahələrinin konversiyasının həyata keçirilməsi; 
- əsaslı tədqiqatlar və elmi- texniki inkişafa yardım; 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin