5
- bələdiyyə ərazilərinin abadlaşdırılması və yaxşılaşdırılması;
- məişət tullantılarının ləğv edilməsi və yenidən
emal edilməsinin təşkili;
- bələdiyyə orqanlarının tabeliyində olan dəfn xidməti yerlərinin saxlanması;
- yerli özünüidarəetmə orqanlarının tabeliyində və bələdiyyə mülkiyyətində
olan idarələrin və əhalinin nəqliyyat xidmətinin təşkili;
- yanğından
mühafizənin təşkili;
- bələdiyyələrin ərazisində ətraf mühitin mühafizəsi;
- yerli özünüidarəetmə orqanları tərəfindən
qəbul edilən ərazi məqsədli
proqramların həyata keçirilməsinin təmin edilməsi;
- bələdiyyə borclarının ödənilməsi
və onlara xidmət edilməsi;
- bələdiyyə aktivlərinin saxlanması;
-bələdiyyə seçkilərinin və yerli ümüumxalq səsvermələrinin keçirilməsi;
- sari yerli əhəmiyyətli xərclərin maliyyələşdirilməsi.
Büdcədən
maliyyələşdirilən
xərclərin
planlaşdırılması
və
maliyyələşdirilməsi.
Büdcə təşkilatı
– büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən
büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı
olmayan qeyri-
kommersiya təşkilatıdır. Bu təşkilatlara vəsaitlərin ayrılması büdcə
planlaşdırılması vasitəsilə həyata keçirilir.
Büdcə xərclərinin planlaşdırılmasının əsas üsulları bunlardır:
-
proqramlı – məqsədli;
-
normativli.
Büdcə xərclərinin planlaşdırılmasının proqramlı – məqsədli üsulu.
Iqtisadi və sosial problemlərin həyata keçirilməsi
üçün təsdiq edilmiş
məqsədli proqramlara uyğun olaraq ayrılan büdcə vəsaitlərinin sistemli
planlaşdırılmasıdır. Maliyyə vəsaitlərinin planlaşdırılmasının bu üsulu konkret
və layihələr əsasında maliyyə ehtiyatlarının səmərəli bölgüsü üçün vəsaitlərin
cəmləşdirilməsinə
və məqsədli istifadəsinə, nəzarətin yaxşılaşdırılmasına
yardım edir. Bütün bunlar vəsaitlərin səmərəli mənimsənilməsinin səviyyəsinə
artırır.
Dostları ilə paylaş: