tənzimlənməsinin hüquqi bazasının yaradılması və
digər faktlar investisiya
aktivliyinə mənfi təsir göstərir.
Müasir dövrdə dövlətin investisiya strategiyasına aşağıdakı mərhələlər daxildir:
1) inflyasiyanın qarşısının alınması, müəssisələrin və əhalinin investisiya
fəaliyyətinin stimullaşdırılması.
2) büdcə kəsirinin azaldılması, onun daxili mərhələlər hesabına ötürülməsi, daxili
maliyyə vəsaitlərinə əsaslanıb istehsala investisiya qoyulması.
3) investorların və səhmdarların hüquq və maraqlarının tam qorunması.
Bunun
üçün təkcə qanunvericiliyin təkmilləşdirilməsi deyil,
eyni zamanda müəssisələrin
səmərəli idarə edilməsinin təşkilini həyata keçirmək lazımdır. Müəssisələrin bütün
mülkiyyət növlərinin dövlət tərəfindən tənzimlənməsi.
4) özəl investisiyalar vasitəsilə investisiya prosesinin həyata keçirilməsi.
5) işləyən müəssisələrdə büdcə maliyyələşdirilməsinin məqsədli proqramlarla
həyata keçirilməsi. Mərkəzləşdirilmiş investisiya qoyuluşunun
yerləşdirilməsi hər
bir investisiya proqramının iqtisadi səmərəliliyinin ilkin ekspertizasının
keçirilməsindən sonra, rəqabət əsasında həyata keçirilməsi zərurətini yaradır.
6) investisiya layihələrinin pay əsasında dövlət- kommersiya maliyyələşdirilməsi,
eyni zamanda layihələrin xarici investisiyaların cəlb
edilməsi vasitəsilə həyata
keçirilməsi.
Investisiya fəaliyyətinin dirçəldilməsi təkcə ayrı- ayrı müəssisələrin deyil, eyni
zamanda dövlətin də problemidir. Bu problem hər dəfə növbəti büdcənin tərtibi
zamanı meydana çıxır. Lakin, əsas çətinlik
ölkənin daxili mənbələrinin
məhdudluğundan və özəl investorların iqtisadi tənəzzül dövründə investisiyaların
istehsal sahələrinə qoya bilməməsindən ibarətdir. Investisiyaların və vergilərin
yüksək olması müəssisələri praktik olaraq daxili maliyyə mənbələrsiz qoymuşlar.
Bank faizlərinin yüksək dərəcələri orta və uzunmüddətli kreditlərin alınmasında
problemlər yaratmışdır.
Sosial infrastrukturunun saxlanmasına sərf edilən xərclər vətəndaşların
Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş hüquqlarının
təmin edilməsi xərclərinin maliyyələşdirilməsi.
Müasir cəmiyyətdə əhalinin həyat təminatında qeyri- istehsal xərcləri böyük rol
oynayır. Təhsil, səhiyyə,mədəniyyət,incəsənət, sosial tıminat
və digər sahələrin
daxil olduğu sosial infrastrukturuna ölkənin təsərrüfat kompleksində mühüm yer
tutur.
Dostları ilə paylaş: