Sosial infrastukturanın inkişafı maddi istehsalın inkişaf səviyyəsindən , burada
yaradılmasına milli gəlirin həcmindən və onun istehsal və qeyri- istehsal sahələri
arasında bölgüsündən asılıdır. Infrastruktura məhsuldar qüvvələrə hərtərəfli təsir
edir. Ictimai əmək bölgüsü prosesinin gücləndiyi bir şəraitdə maddi istehsal
səhələrinin sosial infrastrukturasız fəaliyyəti demək olar ki, mümkün deyil. Sosial
infrastruktura müəssisə və təşkilatların təqdim etdiyi maddi və mənəvi sərvətlər
əhalinin şəxsi tələbatını ödəməklə yanaşı işçi qüvvəsinin təkrara istehsalı və
istehsalın intensivləşdirilməsinin mühüm amilləridir. Infrastruktur iqtisadi
inkişafın sosial surətləndiricisidir.
Istehsalın və ictimai əmək bölgüsününü miqyasının genişlənməsi, ETT- nin,
istehsal münasibətlərinin inkişafı, istehlak strukturunun dəyişməsi və əhalinin
sosial tələbatının artımı ilə müşayət olunana həyat tərzinin dəyişməsi nəticəsində
infrastrukturanın mahiyyəti də dəyişir.
Infrastruktura sahələrinə sərf edilən canlı əməklə ölkənin milli gəlirinin həcmini
artırır. Sosial infrastruktura təşkilatlarının inkişafının zəruriliyi onunla izah edilir
ki, mövcud infrastruktura hələ də əhalinin tələbatını tam ödəmir. Sosial infrastrura
sahələrinə sərf edilən maliyyə vəsaitlərinin həcminin artırılması tələb olunur.
Müasir şəraitdə sosial infrastrukturanın saxlanması və inkişafına aşağıdakı
mənbələrdən maliyyə vəsaiti sərf edilir:
- büdcə vəsaiti
- büdcədənkənar fondlar;
- müəssisələrin və əhalinin vəsaiti.
Ictimai istehlak fondları büdcənin, büdcədənkənar fondların və müəssisələrin
sosial infrastrukturasına yönəldilən vəsaitidir. Onların əsas təyinatı cəmiyyətin
sosial inkişafı və əhalinin sosial müdafiəsi ilə bağlıdır. Ictimai istehsal fondlarının
vəsaitləri pensiyaların, müavinətlərin verilməsinə, təhsilin, səhiyyənin, sosial
təminat xidmətlərinin həyata keçirilməsinə xidmət edir.
Dostları ilə paylaş: