Müəssisələrin maliyyəsi dövlətin maliyyə sisteminin mühüm bölməsi olmaqla
maddi istehsal sahələrində cəmiyyətin ümumi daxili məhsulunun bölüşdürülməsi
yolu ilə mərkəzləşdirilmiş pul vəsaiti fondunun və büdcə gəlirlərinin
formalaşmasını təmin edir. Büdcə gəlirlərinin əsas hissəsi maddi istehsal sferasında
olan müəssisələrinin ödəmələri hesabına formalaşır.
Maddi istehsal sferasında fəaliyyət göstərən və müxtəlif mülkiyyət formalarında
olan müəssisələr dövlət büdcəsinə qanunvericilikdə müəyyən edilən ödəmələr
verirlər.
Dövlət büdcəsindən iqtisadiyyatın inkişaf etdirilməsinə, o cümlədən
müəssisələrə, maddi istehsal sferasının müəssisələrinə maliyyə yardımları verilir.
Maddi istehsal sferasında fəaliyyət göstərən istehsalın müxtəlif sahələri üzrə
ixtisaslaşmışdır. Bu müəssisələrdə məhsulların( iş və xidmətlər) istehsalı və
satışına xərc çəkilir. Xərclər material və pul xərclərinə bölünür. Material xərclərinə
xammal və material, yanacaq, yarımfabrikatlar,amortizasiya ayırmaları,digər
material xərcləri, kənd təsərrüfatında toxum, mineral gübrələr, yanacaq və
yağlayıcı materiallar, yem və digər material xərcləri daxildir.
Pul məsrəflərinə işçilərin əmək haqqı, əmək haqqına üstəlik vergilər ödəməsi,
sığorta haqqı, bank kreditlərinə görə ödənilən faizlər və digər pul məsrəfləri
daxildir. Maddi istehsal sferasındakı müəssisələr həm də məhsulların satışına xərc
çəkirlər. Məhsulların istehsalı və satışına çəkilən xərclər məhsulun tam maya
dəyərini təşkil edir. Məhsulların istehsalı və satışına çəkilən xərclər satışından əldə
edilən pul gəlirləri hesabına ödənilir. Əsas istehsal fondlarının təkrar istehsalı və
bərpa edilməsi xərcləri birinci növbədə amortizasiya ayırmaları hesabına ödənilir.
Xərclərin tərkibi və quruluşu istehsalın istiqamətindən asılı olaraq fərqlənir.
Müəssisələrin maliyyələşdirilməsi üçün xüsusi vəsait çatışmadıqda cəlb edilən
vəsaitlər və kreditlərdən istifadə edilir. Bundan başqa maliyyə çətinliyinini aradan
qaldırılması üçün büdcə vəsaiti və büdcədənkənar fondların vəsaitindən də
istifadə edilir.
Məhsulların( iş və xidmətlərin) satışından pul gəlirləri satılan məhsulların
miqdarı və məhsul vahidinin satış qiymətinə əsasən hesablanır. Satışdan pul
gəlirlərinin ( mənfəətin) həcminə satılan məhsulların miqdarı və keyfiyyəti birbaşa
təsir edir. Fəaliyyətin yekun maliyyə nəticəsini əks etdirən göstəricisi mənfəət(
zərər) və rentabellik səviyyəsidir. Mənfəət satışdan əldə edilən pul gəlirlərindən
məhsulların tam maya dəyərini çıxmaqla hesablanır. Rentabellik müəssisənin
gəlirlilik səviyyəsini ifadə edir.
Dostları ilə paylaş: