8
Büdcənin maliyyələşdirmənin forma və metodları.
Büdcə vəsaitinin verilməsi aşağıdakı formalarda həyata keçirilir:
1. büdcə idarələrinin saxlanılmasına təxsisat;
2. dövlət və bələdiyyə sazişləri üzrə fiziki və hüquqi şəxslərin istehsal etdikləri
malların yerinə yetirdikləri iş və xidmətlərin ödənilməsinə xərclənir.
3.
əhaliyə ödənişlə, yəni Azərbaycan Respublikasının
qanunvericiliyi,
Naxçıvan Muxtar Respublikasının qanunvericiliyi, yerli özünüidarəetmə
orqanlarının hüquqi aktları ilə müəyyən edilən
əhaliyə məcburi ödəmələrin
verilməsinə təxsisatlar.
4. dövlət hakimiyyət orqanlarının qəbul etdikləri qərarlar əsasında büdcə
xərclərini artırılmasına və büdcə gəlirlərinin azalmasına
gətirilən əlavə
xərclərin kompensasiya edilməsi üçün təxsisatlar.
5. hüquqi şəxslərin büdcə kreditləri.
6. fəaliyyətdə olan və ya yeni yaradılan hüquqi şəxslərin nizamnamə kapitalına
investisiyalar .
7. Azərbaycan Respublikasının büdcə sisteminin müxtəlif səviyyəli
büdcələrinə, büdcədənkənar dövlət fondlarına verilən büdcə ssudaları,
subsidiyalar, dotasiyalar və subvensiyalar.
8. xarici ölkələrə kreditlər.
9. borc öhdəlikləri, o cümlədən dövlət borclarının ödənilməsi və onlara xidmət
göstərilməsi ilə bağlı vasitələr.
Büdcə maliyyələşdirilməsinin mühüm elementi büdcədən vəsaitin verilməsi
metodlarıdır. Bu metodların köməyi ilə maliyyə oqranları tərəfindən büdcədən
nəzərdə tutulmuş tədbirlər
pul vəsaiti ilə təmin edilir, maliyyə resurslarının
bölüşdürülməsində mövcud proporsiyalar tənzimlənir. Büdcə vəsaiti
nazirliklərə,
idarə və müəssisələrə, istehsalın genişləndirilməsi ilə əlaqədar
xərclərə( kapital qoyuluşu) sadə təkrara istehsalın təmin edilməsinə( subsidiya,
dotasiya və transfertlər), əməliyyat və s. məqsədlərə verilir.
Büdcə təxsisatı təcrübəsində büdcə maliyyələşdirilməsinin 2
metodundan
istifadə edilir:
Dostları ilə paylaş: