6
Tədbirlərin və layihələrin həyata keçirilməsi üçün ayrılan vəsaitlərin
həcmi
planlaşdırmanı və maliyyələşdirməni smeta qaydası əsasında müəyyən edir.
Büdcə təşkilatlarının smetaları üzrə xərclərin hesablanmasının əsasını onların
fəaliyyət göstəricilərinin ( məsələn, təhsil üzrə şagirdlərin, qrupların, siniflərin
sayı və s.) həcmi, təşkilatın fəaliyyət müddəti və maliyyə normaları təşkil edir.
Əhalinin sosial müdafiəsi üzrə tədbirlərin ( pensiya, müavinət) planlaşdırılması
zamanı bu vəsaitləri alanların sayı və ödənişlərin müəyyən edilmiş normaları
nəzərə alınır.
Xərclərin və ödənişlərin planlaşdırılmasının normativ üsulu-
əsasən büdcə
təşkilatlarının maliyyələşdirilməsi üçün onların smetasının tərtibi zamanı
istifadə olunur. Normalar qanunvericilik aktları əsasında
müəyyən olunur və
aşağıdakı növlərə ayrılır:
- sosial tələblərin təmin olunmasının natural göstəricilərinin
pulla ifadəsindən
ibarət olan maliyyə normaları ( məsələn, büdcə təşkilatlarında
əhalini qida ilə,
dərman
vasitələri ilə, yumşaq inventarla təmin olunması xərclərinin normaları);
- fərdi ödəniş normaları ( məsələn, əmək haqqı dərəcəsi, müavinət, təqaüd və s.
normaları);
- orta statistik göstəricilər əsasında əvvəlki bir neçə il , eyni zamanda konkret
dövrdə cəmiyətin maddi- maliyyə imkanları üzrə götürülmüş normaları (
məsələn, binanın saxlanması , tədris xərcləri və s. normaları);
Normalar mütləq ( hökumət və ya yerli icra orqanları
tərəfindən tətbiq
olunur) və ya fakultativ (
nazirlik, baş idarələr tərəfindən tətbiq olunur) ola
bilər.
Büdcə normaları fərdi ( ayrı – ayrı xərc növləri üzrə )
və birləşdirilmiş
(məcmu xərclər və ya təşkilatlar üzrə bütövlükdə ) ola bilər.
Natural göstəricilər ( xidmət edən işçilərin sayı və binanın ölçüsü və s. ) və
maliyyə normaları əsasında xərclərin büdcə smetası tərtib olunur və aşağıdakı
kimi ola bilər:
- fərdi – ayrı- ayrı təşkilatlar və ya
tədbirlər üçün tərtib olunur;
- ümumi – eyni tipli təşkilatlar və ya
tədbirlər üçün tərtib olunur;
Dostları ilə paylaş: