Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə64/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   60   61   62   63   64   65   66   67   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
76



Mövzu 7: Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatların 
xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi. 
Plan 
1. Büdcə xərclərinin mahiyyəti və təsnifatı. 
2. Büdcənin əsaslı və cari xərcləri. 
3. Dövlət büdcəsindən maliyyələşdirilən funksional xərclər. 
4. Yerli büdcələrdən maliyyələşdirilən funksional xərclər. 
5.Büdcədən 
maliyyələşdirilən 
xərclərin 
planlaşdırılması 
və 
maliyyələşdirilməsi. 
6. Büdcədən maliyyələşən idarə və təşkilatların xərc smetaları. 
7. Büdcədən maliyyələşdirmənin forma və metodları . Büdcə xərclərinin 
formaları

Ədəbiyyat 
 
1. Azərbaycan Respublikasının 2009- 2013 – cü illərdə sosial-iqtisadi inkişafı 
dövlət proqramı. 
2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu 2002. 
3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı 2011. 
4. Ş.Ş.Bədəlov, P.B.Məhərrəmov, F.Ə.Qurbanov. Büdcə sistemi.Bakı 2003. 
4. N.A.Novruzov, X. Ə.Hüseynov.Maliyyə. Bakı 2007. 
5. M.M.Sadıqov, S.M. Məmmədov .Maliyyə sistemi. Gəncə 2010. 
6. Z.Vəliyev .Büdcə.bakı 2010. 
KitabYurdu.az 
77



“ Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununda 
deyildiyi kimi büdcə xərcləri dövlətin və yerli özünüidarəetmə orqanlarının
vəzifə və funksiyalarının yerinə yetirilməsinə yönəldilən pul vəsaitidir. 
Dövlət büdcəsinin xərcləri dövlətin pul vəsaiti fondunun yaradılması və 
onun onun sahə, məqsədli və ərazi təyinatı üzrə istifadəsi ilə əlaqədar əmələ 
gələn iqtisadi münasibətləri ifadə edir. 
Büdcə xərclərinin iqtisadi mahiyyəti onun növlərində təzahür edir. 
Xərclərin hər bir növü keyfiyyət və miqdar xarakteristikasına malikdir. 
Büdcə xərclərinin növləri bir sıra amillərlə - dövlətin təbiəti və funksiyaları 
ilə, ölkənin sosial- iqtisadi inkişaf siyasəti ilə, büdcənin xalq təsərrüfatı ilə 
əlaqəsinin genişliyi, dövlətin inzibati- ərazi quruculuğu və s. ilə müəyyən 
edilir. Bu amillərin əlaqələndirilməsi sosial- iqtisadi inkişaf müəyyən 
mərhələsində bu və ya digər dövlətin büdcə xərcləri sistemini doğurur.
Bütün səviyyələrdə büdcə xərclərinin formalaşması Azərbaycan hökuməti 
tərəfindən müəyyən edilən vahid metodoloji əsaslara, minimum büdcə 
təminatlığı normativlərinə və s. əsaslanır. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin