14
8.mədən vergisi
9.sadələşdirilmiş vergi
Yerli vergilər ( bələdiyyə vergiləri)
Yerli vergilər( bələdiyyə vergiləri) aşağıdakıladır:
1.
fiziki şəxslərin torpaq vergisi
2.
fiziki şəxslərin əmlak vergsi
3. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət
vergisi.
Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirlərində gömrük
rüsum və vergiləri də vardır.
Gömrük rüsumları mallar Azərbaycan Respublikasının ərazisinə
gətirilərkən və ya çıxarılarkən Azərbaycan Respublikasının gömrük
orqanları tərəfindən tutulan haqqdır.
Xarici malların daxili bazara daxil olması nəticəsində gömrük orqanları
tərəfindən idxal gömrük rüsumları alınır.
Ixrac gömrük rüsumları ixracın inkişafına şərait yaratmaq məqsədilə
məhdud mal qruplarına tətbiq edilir. Bir qayda olaraq ixrac rüsumları
incəsənət əsərlərinin və qədim əşyaların ölkədən aparılması zamanı
tətbiq olunur.
Gömrük rüsumlarından başqa antidempinq rüsumları, mövsümi
rüsumlar, birdəfəlik rüsumlar , dövlət rüsumları da vardır.
Dostları ilə paylaş: