Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə69/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   65   66   67   68   69   70   71   72   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
82



-mərkəzləşdirilmiş – mərkəzləşdirilmiş qaydada həyata keçirilən tədbirlərin 
maliyyələşdirilməsi üçün nazirlik və baş idarələr tərəfindən tərtib olunur(
avadanlıqların alınması, tikinti, təmir işləri və s.) 
- icmal – burada həm fərdi və həm də mərkəzləşdirilmiş tədbirlərin smetaları 
birləşdirilir, yəni bütövlükdə nazirlik və ya baş idarələri icmal smetası tərtib 
olunur. 
Büdcə təşkilatlarının smetasında aşağıdakılar əks olunur: 
1. Təşkilatın rekvizitləri ( onun adı, maliyyələşdirən büdcə, smetanı təsdiq edən
şəxsin imzası, təşkilatın möhürü və s. ) 
2. İcmal xərclər( əmək haqqının fondu, əmək haqqına üstəlik, material xərcləri, 
istehsal və sosial inkişaf fondu, maddi həvəsləndirmə və digər fondlar) 
3. İcmal gəlirlər( büdcədən maliyyələşdirmə, əhaliyə əlavə pullu xidmət , 
təşkilatlara müqavilə əsasında xidmət göstərilməsi, digər daxilolmalar) 
4. Təşkilatların istehsal- xidmət göstəriciləri. 
5. Xərclərin və gəlirlərin hesablanması və əsaslandırılması. 
Büdcə təşkilatlarının təsdiq olunmuş smetası onların saxlanması üçün 
büdcədən ayrılan vəsaitin illik məbləğini, rüblük bölgüsünü və məqsədli 
təyinatını göstərən plan maliyyə sənədidir. 
Büdcə təşkilatlarının smetalarının tərtibi aşağıdakı məsələlərin həllinə imkan 
verir: 
- büdcə təşkilatlarının dövlət maliyyələşdirilməsi ilə təmin edilməsi; 
- nəzərdə tutulan layihə xərclərinin təhlili və vəsaitlərinin istifadəsi haqqında 
hesabatlar; 
- vəsaitlərin səmərəli və qənaətlə xərclənməsinə nəzarət. 
Büdcə planlaşdırılmasının və büdcə təşkilatlarının maliyyə təminatının 
təkmilləşdirilməsinə dövlət və yerli büdcələrin minimal dövlət sosial
standartları sosial və maliyyə normalarına keçilməsi təmin etməlidir. 
Büdcə prosesinin tərkib hissəsi olmaqla büdcə planlaşdırılması maliyyəsi 
alimlərin və təcrübəli mütəxəssislərin daim diqqət mərkəzindədir. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin