Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə71/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   67   68   69   70   71   72   73   74   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
84



- “ Netto büdcə” sistemi üzrə maliyyələşdirmə. Pul vəsaitlərinin təqdim 
edilməsinin bu üsulu onunla xarakterizə edilir ki, büdcə təxsisatı təsdiq edilmiş 
büdcədə nəzərdə tutulmuş məqsədlərə ayrılır.
- “ Brutto büdcə” sistemi üzrə maliyyələşdirmə. Bu sistem tamamilə büdcə 
maliyyələşdirməsində olan müəssisə və təşkilatlar üçün tətbiq edilir. Bu halda 
büdcə təxsisatı büdcə xərclərə, yəni istər cari istərsə də büdcə təşkilatlarının 
genişləndirilməsi ilə əlaqədar məqsədlərə ayrılır. 
Büdcə vəsaitinin məqsədli istifadəsi baxımından iqtisadiyyatın inkişafı üçün 
kapital qoyuluşunun maliyyələşdirilməsi xərcləri daha böyük əhəmiyyət kəsb 
edir. Kapital qoyuluşunun maliyyələşdirilməsi istehsal və qeyri- istehsal 
təyinatlı yeni əsas fondlarının yaradılması və fəaliyyətdə olan fondların 
genişləndirilməsinə pul vəsaitinin verilməsidir.
KitabYurdu.az 
85


Mövzu 8: Maddi və qeyri- maddi istehsal sahələrinin xərclərinin 
maliyyələşdirilməsi. 
 
1. Müəssisələrin büdcə ilə əlaqələrinin xüsusiyyətləri. 
2.Maddi 
istehsal sferasında olan müəssiələrin xərcləri və onların 
maliyyələşdirilməsi mənbələri. 
3. Gəlirlər və xərclər balansı,onun hissələri. 
4. İstehsalın inkişafına büdcə xərcləri. Real investisiyalar. 
5. Dövlətin investisiya strategiyası və büdcənin rolu. 
6.Sosial infrastrukturanın saxlanmasına sərf edilən xərclər. Vətəndaşların 
Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş hüquqlarının
təmin edilməsi xərclərinin maliyyələşdirilməsi. 
7. Mənzil- kommunal təsərrüfatının maliyyələşdirilməsi. 
Ədəbiyyat 
 
1. Azərbaycan Respublikasının 2009- 2013 – cü illərdə sosial-iqtisadi inkişafı 
dövlət proqramı. 
2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu 2002. 
3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı 2011. 
4. Ş.Ş.Bədəlov, P.B.Məhərrəmov, F.Ə.Qurbanov. Büdcə sistemi.Bakı 2003. 
4. N.A.Novruzov, X. Ə.Hüseynov.Maliyyə. Bakı 2007. 
5. M.M.Sadıqov, S.M. Məmmədov .Maliyyə sistemi. Gəncə 2010. 
6. Z.Vəliyev .Büdcə.bakı 2010. 
Azərbaycan müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın bütün sahələrində 
aparılan islahatlar ölkə ərazisində fəaliyyət göstərən təsərrüfat subyektlərinin sayı 
və tərkibinə təsir göstərmiş, yeni müəssisə və təşkilatlar yaranmış, dövlət 
mülkiyyətində olan müəssisələrin bir hissəsi xüsusi bölməyə keçmiş, bir hissəsi 
ləğv olmuş, onların strukturunda dəyişiliklər baş vermişdir. Bir sıra xırda 
müəssisələr birləşmiş dövlət reyestrində olan müəssisələrin sayı ümumilikdə 
artmışdır. Müəssisələrin ümumi sayında qeyri- dövlət müəssisələrinin xüsusi çəkisi 
72,4% təşkil etmişdir. Burada əsas yeri 93,2% xüsusi mülkiyyətli kiçik müəssisələr 
təşkil edir. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin