Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə79/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   75   76   77   78   79   80   81   82   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
93


MKT- nin saxlanması və inkişafı ilə xərclərin maliyyələşdirilməsi mənbələri 
aşağıdakılardır: 
- büdcə vəsaitləri; 
- öz xidmət və məhsullarının satışı nəticəsində əldə edilən vəsait; 
- mənzil kommunal obyektlərinin saxlanması ilə əlaqədar müəssisələrin vəsaitləri. 
1991- ci ilədək mənzil təsərrüfatının təxminən 60 %- i , qaz kəmərinin 30 %- 
dən çoxu , su kanalizasiya müəssisələrini gücünün 30 % - i baş idarə tabeçiliyində 
idi. Müəssisələrin mənzil təsərrüfatının maliyyələşdirilməsi ayrıldığı vəsaitin 
xüsusi çəkisi 75%- dən çox, kommunal təsərrüfatda 25%- ə qədər idi. Bazar 
münasibətlərinə keçidlə əlaqədar olaraq müəssisələr maliyyə vəsaitlərinin 
çatışmazlığı nəticəsində mənzil- kommunal obyektlərindən imtina edib onların 
yerli icra orqanlarının səlahiyyətlərinə verdilər, yəni bu obyektlər büdcədən 
maliyyələşdirilməyə başlandı. 
Islahatlara qədər MKT- nin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin demək 
olar ki hamısı dövlət büdcəsindən həyata keçirilirdi. 
Hazırda MKT- na sərf edilən vəsaitin 5- 10%- i mərkəzləşdirilmiş xərclər, 90- 
95%- i yerli xərclər hesabına formalaşır. Yerli xərclərdə MKT- in saxlanmasına 
sərf edilən xərclər 6- 7%- dən çox təşkil edir. Bu o deməkdir ki, MKT- in xərcləri 
əsasən göstərdikləri xidmət və satdıqları məhsul hesabına formalaşır. 
MKT- nin ayrı- ayrı sahələrini maliyyələşdirilməsində büdcə vəsaitlərini rolu 
müxtəlifdir. Yol təsərrüfatının , yaşıllaşdırmanın, yaşayış yerlərini işıqlandırılması 
və təmizləndirilməsi büdcə vəsaitləri hesabına həyata keçirilir. 
MKT- nin xidmətləri əhalinin həyatının əsas elementlərindən biridir. Əgər bu 
xidmətlərdə tariflər artırılarsa, istehlak xərcləri də artmı olacaq. Bu artım ya əmək 
haqqının artırılması, ya da mərkəzləşdirilmiş büdcə vəsaiti hesabına ödənilməlidir. 
MKT- nin iqtisadiyyatında başlıca vəzifə bu sahədə vəsaitlərin səmərəli istifadə 
edilməsi yolu ilə istismar xərclərinin artım tempinin aşağı düşməsinə şərait 
yaratmaqdan ibarətdir.
Mənzil təsərrüfatının istismar sisteminin təkmilləşdirilməsinin istismar 
xərclərinin səviyyəsinin aşağı salınmasının yolları aşağıdakılardır: 
- istehsal prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırıması. 
- binadaxili mühəndis qurğularının və binaların təmirinin həyata keçirilməsi 
məqsədilə yüksək texniki səviyyəli ixtisaslaşdırımış təşkilatların yaradılması. 
- bu sahəyə ayrılmış maddi və maliyyə vəsaitlərinin cəmlənməsi. 
- əmək haqqı sisteminin təkmilləşdirilməsi. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin