Ümumtəhsil məktəblərinin direktorları, onların müavinləri isə əsas iş üzrə
müvafiq qayda əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil
müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə
siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs apara bilərlər.
Ümumtəhsil məktəblərinin direktorlarının vəzifə maaşları təhsil alan şagirdlərin
sayından asılı olaraq müəyyən edilir.
Ibtidai məktəblərdə direktor vəzifəsi siniflərin sayı 5, şagirdlərin sayı isə 100
nəfərdən çox olduqda təyin edilir. Ibtidai təhsil məktəblərində şagirdlərin sayı 100
nəfərdən az olduqda məktəbə rəhbərlik həvalə edilən müəllimə stavka üzrə əmək
haqqının 20%- i miqdarında əlavə haqq ödənilir.
Məktəb direktorunun təlim- tərbiyə işləri üzrə müavininin vəzifə maaşı
direktorun vəzifə maaşından 15% aşağı müəyyən edilit. Təsərrüfat işləri üzrə
direktor müavininin vəzifə maaşı isə direktorun vəzifə maaşından 20% aşağı
müəyyənləşdirilir.
Qüvvədə olan qanunvericiliyə əsasən ümumtəhsil məktəblərində müəllimlərin
bir stavka üzrə həftəlik dərs yükü 12 saat( 480 saat) müəyyənləşdirilir.
Ümumtəhsil məktəblərində müəllimlərin ixtisas üzrə faktiki tədris etdikləri dərs
saatlarının əmək haqqı tam ödənilir. Yəni zəruri ehtiyac yarandıqda artıq dərs
yükü verilə bilər.
Ümumtəhsil məktəblərində hər il sentyabr ayının 1-i vəziyyətinə müəllimlərin
tarifləşmə siyahısı tərtib edilir. Tarifləşmə siyahısında müəllimin soyadı, tutduğu
vəzifə, təhsili, hansı məktəbi bitirməsi , diplomunun nömrəsi , verilmə tarixi, hansı
dərsi aparması , hansı sinifdə dərs deməsi , aylıq əmək haqqı stavkası , dəftər
yoxlama haqqı , aldığı əlavə aylıq əmək haqqı məbləği 1 sentyabr və 1 yanvar
vəziyyətinə müəyyən edilmiş pedaqoji stavkaların sayına bölünməklə orta aylıq
əmək haqqı məbləği müəyyən edilir.
Sinif qrupları üzrə orta aylıq əmək haqqı məbləği pedaqoji stavkaların orta
sayına vurulur, alınan nəticə 8- ə (8,5 - ə) və 4- ə ( 3,5- ə) vurulmaqla cəmlənir və
orta illik əmək haqqı müəyyən edilir.
Ümumtəhsil məktəblərində çalışan pedaqoji işçilər əsas vəzifələri ilə yanaşı
əlavə işlər də yerinə yetirirlər. Buna görə onlara əlavə əmək haqqı ödənilir.
Ümumtəhsil məktəblərinin I- IV siniflərinə rəhbərlik edən müəllimə həmin
müəllimin bir stavka üzrə aylıq əmək haqqının 15%- i miqdarında əlavə haqq
Dostları ilə paylaş: