Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə95/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   91   92   93   94   95   96   97   98   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
110


Tədris xərcləri xə kitabxana üçün kitabların alınması xərcləri təhsil 
formasından ( əyani, qiyabi, axşam) və mütəxxəssislərin istiqamətindən asılı olaraq
normalar üzrə müəyyən edilir. 
Tələbələrin istehsalat təcrübəsi üçün xərclər təcrübə keçərək tələbələrin 
sayından və təcrübənin müddətindən asılıdır. Bu xərclərə eyni zamanda təcrübəyə 
rəhbərlik edən müəllimlərə əmək haqqı , ezamiyyə xərci və s. aiddir. 
Ali məktəblərin xərcləri sistemində elmi- tədqiqat işləri, təcrübənin aparılması , 
müəllimlərin ezamiyyət xərcləri, dissertasiyaların medafiəsi üzrə xərclər daxildir. 
Ali məktəblər üçün inventar və avadanlıq xərcləri onların xüsusi avadanlıqla , 
kompüterlərlə və təsərrüfat inventarları ilə təmin edilməsi normaları üzrə 
planlaşdırılır. Icmal planlaşdırma zamanı inventarların və avadanlıqların alınması 
xərcləri bir tələbəyə düşən norma əsasında, əsaslı təmirə çəkilən xərclər binanın 
xarici kubaturası və 1
3
m
- ə düşən xərc normasına görə hesablanır. 
KitabYurdu.az 
111



Mövzu 10: Səhiyyə xərclərinin planlaşdırılması və 
maliyyələşdirilməsi. 
1. Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması sahəsində 
tədbirlərin həyata keçirilməsində büdcənin rolu. 
2. Səhiyyə müəssisələrinin saxlanması xərclərinin tərkibi və quruluşu. 
3. Səhiyyə müəssisələrinin fərdi və icmal smetasının tərtib edilməsi. 
4. Səhiyyə işçilərinin əmək haqqı xərclərinin planlaşdırılması və 
maliyyələşdirilməsi. 
5. Səhiyyə üzrə sair xərclərin planlaşdırılması və maliyyələşdirilməsi. 
6. Əhalinin sağlamlığının qorunması tədbirlərinin maliyyələşdirilməsi. 
Azərbaycan Respublikası Konstitusiyasının 41- ci maddəsində sağlamlığın 
qorunması hüququ verilmişdir. Orada aşağıdakılar göstərilir: 
1. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. 
2. Dövlət müxtəlif mülkiyyət növlərinin əsasında fəaliyyət göstərən səhiyyənin 
bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya- epidemoligiya 
salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. 
3. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən 
vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. 
Dövlət əhalinin sağlamlığının qorunması üçün daimi zəruri tədbirlər həyata 
keçirir. Bu məqsədlə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Vətəndaşların 
sağlamlığının mühafizəsi üzrə qəbul edilmiş qanunvericiliyə əsasən səhiyyənin 
maliyyələşdirilməsi və idarə edilməsi sahəsində mərhələli islahatlar aparılır. Bu 
sahədə qəbul edilmiş tibbi sığorta mexanizminin böyük əhəmiyyəti vardır. Səhiyyə 
xərcləri dövlət büdcəsi xərclərinin tərkib hissəsi olmaqla müəyyən xüsusi çəkiyə 
malikdir. Lakin bu xərclərin dövlət büdcəsi xərcləri içərisində xüsusi çəkisi 
azalmışdır. Bunun da əsas səbəbi büdcə xərclərinin bir hissəsinin 
maliyyələşdirilməsinin yerli( bələdiyyə) büdcələrə verilməsi və səhiyyə xidmətinin 
dövlət maliyyələşdirilməsinin azaldılıb pullu xidmətə keçirilməsindən ibarətdir. 
Hal- hazırda səhiyyənin maliyyə təminatının modeli büdcə vəsaitlərini, icbari 
tibbi sığorta vəsaitlərini, təşkilatların tibbi sığorta fondlarını və digər mənbələri 
özündə birləşdirir. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin