Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə92/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   88   89   90   91   92   93   94   95   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
107


10. İcmal planlaşdırma zamanı büdcə vəsaitləri bir uşağa düşən əmək haqqıya, 
ərzağa , ərzağa, yumşaq inventara və s. çəkilən xərclərə görə müəyyən edilir. 
Körpələr evinə çəkilən xərclərin planlaşdırılması qaydası uşaq bağçalarına 
çəkilən xərclər kimidir. 
Peşə və orta ixtisas məktəblərində xərclərin hesablanması və 
maliyyələşdirilməsi. 
Peşə və orta ixtisas məktəblərinin əsas vəzifəsi iqtisadiyyatın müxtəlif sahələri 
və ölkənin qeyri- istehsal sferası üçün zəruri nəzəri biliklər və təcrübi vərdişlərə 
malik 
olan 
ixtisas 
dərəcəli 
və 
ümumi orta təhsilli mütəxəssislərin
hazırlanmasından ibarətdir. 
Peşə və orta ixtisas məktəblərində xərclər hesablanarkən aşağıdakı göstəricilər 
əsas tutulur: 
-
şagirdlərin orta illik sayı 
-
əyani, axşam və qiyabi təhsil üzrə ayrılıqda qrupların sayı. 
Şagirdlərin orta illik sayı ali məktəblərdə olduğu kimi hesablanır. 
Peşə və orta ixtisas məktəblərinin cari xərclərinə əmək haqqı, ona 
əlavələr,təqaüdlərin verilməsi , tədris, təsərrüfat və digər xərclər daxildir. 
Peşə və orta ixtisas məktəblərinin əsas xərcləri əmək haqqı xərcləridir.
Peşə və orta ixtisas məktəblərinin direktorlarının vəzifə maaşları təhsil 
müəssisələrində şagird və ya tələbələrin sayından asılı olaraq aşağıdakı kimi 
müəyyən edilir: ali təhsilli 5 il müvafiq ixitsas üzrə stajı olan , şagirdlərin sayı 
200- ə qədər olduqda vəzifə maaşının ödəniş dərəcəsi 14, şagirdlərin sayı 20- 500 
nəfər olduqda 15, şagirdlərin sayı 500- dən çox olduqda 16 dərəcə. 
Peşə və orta ixtisas məktəblərində işləyən müəllimlərin əmək haqqı təhsil və 
pedaqoji staja əsasən , ümumtəhsil məktəblərində olduğu kimi vəzifə maaşının 
ödəniş dərəcəsi ilə müəyyən edilir. 
Peşə və orta ixtisas məktəblərində əmək haqqına daxildir: 
-
pedaqoji heyətin əmək haqqı 
-
yazı işlərini yoxlanması üçün əmək haqqına əlavələr 
-
laboratoriya və kabinet müdirliyinə görə haqq 
-
sinif rəhbərliyinə görə haqq 
-
təlim- tərbiyə , inzibati heyətin əmək haqqı və s. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin