Burada K
orta
– tələbələrin orta illik kontingenti
K
1
– ilin əvvəlinə kontingent
B – tələbələrin buraxılışı( məsələn, 1 iyula)
Q – yeni dərs ili üçün tələbə qəbulunun sayı ( məsələn, 1 sentyabra)
Planlaşdırma zamanı tələbələrin kursda qalması və bərpası nəzərə alınmır.
Dövlət ali məktəblərində inzibati- idarə heyəti , inzibatçı- təsərrüfat işçiləri,
professor- müəllim heyəti və digər texniki, yardımçı və xidmətedici işçilər qüvvədə
olan normati sənədlərə əsaslanaraq işə qəbul edilir. Onların vəzifə maaşları və
stavka üzrə əmək haqqı yerinə yetirdikləri işin xüsusiyyətinə uyğun olaraq elmi
dərəcə, elmi ad, təhsil,staj nəzərə alınmaqla müəyyənləşdirilir.
1. Ali məktəb rektorlarının , filial direktorlarının, prorektorların və kafedra, şöbə (
laboratoriya) müdirlərinin vəzifə maaşları aşağıdakı kimi müəyyənləşdirilir:
müvafiq elmi dərəcəsi və elmi adı, pedaqoji və rəhbər vəzifələrində 5 ildən az
olmayan iş stajı olmaqla vəzifə maaşı 17- 19- cu ödəniş dərəcəsi ilə, filial
direktoru 16- 17- ci ödəniş dərəcəsi ilə, tədris işləri üzrə prorektor , elmi işlər üzrə
prorektor , tərbiyə işləri üzrə prorektor , qiyabi və axşam şöbəsi üzrə prorektor ,
beynəlxalq əlaqələr üzrə prorektor , inzibati – təsərrüfat işləri üzrə prorektor elmi
dərəcəsindən, elmi adından , stajından asılı olaraq 14- 18- ci ödəniş dərəcəsi ilə,
tədris şöbəsinin müdiri 12- 14 – cü , doktorantura və aspirantura şöbəsinin müdiri
12- 13- cü ödəniş dərəcəsi ilə, vəzifəli, inzibati, təsərrüfat işçilərinin və xidmət
heyətinin maaşı təhsil müəssisəsinin iş həcmindən və xüsusiyyətindən asılı olaraq
vəzifə maaşları hesabına hesablanır.
2. Professor- müəllim heyətinin əmək haqqı fondarın tutduğu vəzifəsindən,
təhsilindən, elmi dərəcəsindən ( elmi adından) , stajından asılı olaraq vəzifə
maaşının ödəniş dərəcəsi əsasında hesablanır.
Vəzifələrin miqdarı bir müəllimə düşən tələbələrin, magistrantların və
aspirantların sayından asılı olaraq əmsal üzrə hesablanır. Bu əmsallar gündüz,
axşam və qiyabi şöbə fakultələr üzrə müəyyən edilir.
Ali məktəblərdə professor , dosent, müəllimlər iş günü ərzində tədris planına
və elmi tədqiqat işləri planına uyğun olaraq tədris metodiki və elmi- tədqiqat
işləri aparmalıdır.
Ali təhsil müəssisələrində təqaüdlər üzrə xərclər də mühüm yer tutur. Bu
xərclər təqaüd alan tələbələrin orta illik sayı üzrə hesablanır.
Dostları ilə paylaş: