3
Hal- hazırda Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin səhiyyə
müəssisələri xərclərinin planlaşdırılması məqsədilə gəlir və xərc smetasını( icmal
smetasını) tərtib edirlər. Xərclər smetası( ambulator müəssisə) aşağıdakı kimi tərtib
edilir:
1.
Əməyin ödəniş fondu;
2.
Əmək haqqına üstəlik;
3.
Materialların alınması və xidmətlərin haqqının ödənilməsi.
- dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların
alınması;
- dərman və sarğı ləvazimatlarının alınması;
- yumşaq inventar və paltarların alınması ,
təmir xərclərinin ödənilməsi;
- ərzaq məhsullarının alınması;
- nəqliyyat xidmətlərinin haqqının
ödənilməsi;
- yanacaq və sürtgü materiallarının alınması;
- rabitə, kommunal xidmətləri,elektrik enerjisi haqqının ödənilməsi;
- qaz, su ,istilik enerjisi haqqının ödənilməsi;
- inventar və avadanlığın alınması;
- binaların cari təmiri və s.
Səhiyyə işçilərinin əmək haqqı xərclərinin planlaşdırılması.
Azərbaycan Respublikası dövlət büdcəsi xərclərinin iqtisadi təsnifatının tətbiqi
üzrə göstəricilərə əsasən “Əməyin ödənişi,malların alınması
və xidmətlərin
haqqının ödənilməsi” maddəsinin “Əməyin ödəniş fondu” köməkçi maddəsinə
daxil olan əsas xərc işçilərə verilən əmək haqqıdır. Səhiyyə sahəsində çalışan
işçilərin əmək haqqına daxildir:
-
bütün ştat işçilərinə müəyyən edilmiş vəzifə maaşı;
-
işçilərin vəzifə maaşına
əlavələr;
-
işçilərə əlavə iş üçün ödənişlər;
-
elmi dərəcə və fəxri adlara görə əlavə ödənişlər.
Səhiyyə işçilərinin vəzifələr üzrə tarif- ixtisas xüsusiyyətləri kadrlarının düzgün
seçilməsi
və yerləşdirilməsi, onların peşə ixtisaslarının artırılması, rəhbərlərlə
mütəxəssislər arasında
əməyin bölgüsü, eləcə də bu kateqoriyadan olan işçilərin
vəzifə borclarının və əməyin ödənilməsi dərəcələri
üzrə ixtisas tələblərinin
vahidliyini təmin etmək məqsədini güdür.
Dostları ilə paylaş: