2
Səhiyyə sahəsinə yönəldilən maliyyə vəsaitləri aşağıdakı istiqamətlərə
yönəldilir: elmi- tədqiqat tibb müəssisələrinin
maliyyələşdirilməsi, xəstəxanaların
saxlanması , poliklinikaların və ambulatoriyaların saxlanması, təcili tibbi yardım,
sanator epidemoloji stansiyalaırn saxlanması, sanatoriyaların saxlanması, digər
tibbi məntəqələrinin saxlanması.
Hal- hazırda Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin səhiyyə
müəssisələri xərclərinin planlaşdırılması məqsədilə gəlir və xərc smetasını tərtib
edirlər. Smetalar aşağıdakı formalarda tərtib edilir:
1. Səhiyyə müəssisələrinin fərdi smetası.
2. Yerli büdcələrin layihələrinə uyğun səhiyyədə xərclərin smetası tərtib edilir.
Büdcə smetasının hər bir səviyyəsində xərclərin planlaşdırılmasının
özünəməxsus xüsusiyyətləri var.
Tibbi
müəssisələrin
fərdi smetasının tərtibi çarpayıların orta illik
göstəricilərinin, çarpayı- günlərinin miqdarının, tibb
və inzibati- təsərrüfat
heyətinin orta illik sayının, poloklinikaya müraciət edənlərin hesablanması ilə
başlanır.
Səhiyyə xərclərin planlaşdırılmasının aşağıdakı göstəricilərindən istifadə
olunur:
1) ambulator - poloklinika yardımı üzrə - poliklinikalarda
işləyən həkimlərin
sayı,ildə bir nəfərə düşən müayinənin və evdə yardımın miqdarı;
2) stasionar yardım üzrə - çarpayı yerin miqdarı , il ərzində xəstəxana çarpayısının
məşğul olması.
Çarpayıların dövriyyəsi il ərzində hər bir xəstəxana çarpayısı üzrə xəstələrin
orta sayını xarakterizə edir.
Ayrılmış büdcə vəsaitlərinin səmərəli istifadəsinə
nəzarət müfəttiş və tematik
yoxlama zamanı,yerli idarəetmə orqanları, ayrı- ayrı nəzarət orqanları tərəfindən
həyata keçirilir.
Yoxlama zamanı xüsusilə aşağıdakı məsələlərə fikir verilir: səhiyyə
müəssisələrinin fəaliyyətinin plan göstəricilərinin düzgün hesablanması; onların
faktiki
görülən işlərin , göstərilən tibbi xidmətlərin həcmi ilə eyniliyi;ayrılmış
büdcə vəsaitlərinin istifadəsinin məqsədəuyğunluğu.
Beləliklə, xəstəxana çarpayısının istifadə göstəricisi
nə qədər yüksək olarsa,
çarpayıların dövriyyə göstəriciləri bir o qədər də yüksək olar və çarpayı fondunun
saxlanmasına büdcədən ayrılan vəsaitə, yeni çarpayıların yerləşdirilməsinə, yeni
stasionarların tikilməsinə zərurət bir o qədər az olur.
Dostları ilə paylaş: